Baş infeksionist: Sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur
Tarix: 04-03-2020 | Saat: 17:49
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Əslində, sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur. Maskaları xəstələrlə təmasda olan səhiyyə işçiləri və xəstələr taxmalıdırlar.
Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, maskaların insanları xəstəlikdən qoruması barədə rəy yanlışdır. İnsanlar arasında belə fikrin formalaşması həm də maska qıtlığının yaranmasına səbəb olur.
C.İsayev bildirib ki, xəstəliyin ötürülməsində önəmli olan məsələ insanların bir-birinə nə qədər yaxın məsafədə dayanması, xəstə olan insanın öskürdüyü zaman nə qədər insanı yoluxdurmasıdır:
“Xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır. Açıq havada insanların 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır”.
Azərbaycanda təhsil müəssisələrində tədrisin dayandırılmasını düzgün addım sayan baş infeksionist qeyd edib ki, bu, ölkədə koronavirusun yayılma riskinin yüksək olması ilə əlaqəli deyil:
"Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı".
Baş infeksionist deyib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur:
"Bu zaman insanlarda zökəm əlamətləri - buruntutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Vətəndaşlar fərdi qaydada profilaktik tədbirlər görməli, gigiyenik qaydalara riayət etməlidirlər".
C.İsayev əlavə edib ki, koronavirusa yoluxmamaq üçün mütləq olaraq əllər tez-tez sabunla yuyulmalıdır:
"Sabun və su olmazsa, əllər spirtlə dezinfeksiya olunmalıdır. Əllərlə ağıza və gözə toxunmamaq lazımdır. Bununla yanaşı, xəstələr çölə çıxmasınlar. Hərarət, öskürək, əzələ ağrıları müşahidə edildikdə, evdə qalmaq tövsiyə edilir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər