Mobil versiya
Azərbaycanda boşanmaların əsas SƏBƏBLƏRİ açıqlandı
Tarix: 04-03-2020 | Saat: 16:22
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda boşanmaların əsas



Ədliyyə Nazirliyi Azərbaycanda boşanmaların əsas səbəblərini açıqlayıb.

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə ölkədə 63 724 nikah, 17 301 isə nikahın pozulması dövlət qeydiyyatına alınıb.

Nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələr səbəbindən pozulduğunu qeyd ediblər.

Daha çox boşanmalar isə xasiyyətlərinin uyğunsuzluğu səbəbindən baş verib.

2019-cu ildə 12 560 nəfər xasiyyətlərinin tutmamasına, 793 nəfər xəyanətə, 724 nəfər uşaqlarının olmamasına, 709 nəfər ailədaxili zorakılığa, 654 nəfər maddi duruma, 605 nəfər isə qısqanclığa, qalanları isə sərxoşluq və digər səbəblərə görə boşanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024