Mobil versiya
"Kişi müğənnilər yanlarında toya apardıqları qadın müğənniləri satırlar" - Əməkdar artist
Tarix: 04-03-2020 | Saat: 13:17
Bölmə:Şou-biznes | çapa göndər

"Kişi müğənnilər yanlarında toya apardıqları qadın müğənniləri satırlar" -



Bu yaxınlarda Əməkdar artist, xanəndə Sevinc Sarıyevanın verilişlərin birində dediyi sözlər qalmaqala səbəb olub. Onun "kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satırlar” sözləri bəzi həmkarları tərəfindən tənqid edilib.

Xanəndə ictimaiyyətdə ajiotaj yaradan sözlərin sonuna qədər arxasında olduğunu bildirib.

"İnandırım sizi, o açıqlamadan sonra mənə gələn zənglərin ardı-arası kəsilmədi. Bu açıqlamama görə xalq artistlərindən tutmuş əməkdar artistlərə qədər o qədər üstümə gələnlər oldu ki. Biri dedi, "sizə yaraşdırmadım", digəri irad tutdu. Ancaq təşəkkür edənlər də çox oldu.

Mən heç vaxt belə açıqlamalar etməmişəm. Hər zaman başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Ancaq yayda gördüyüm bir səhnə məni dəhşətə gətirdi, dilə gəldim. Elə istəyirdim, imkan olsun, mən sözümü çatdırım.

Həmin gün o verilişdə qadın müğənnilərin toya geyindikləri açıq-saçıq libaslar müzakirə olunurdu. Mən də canlı efirə qoşularaq fikirlərimi bildirdim. Dedim ki, həmin qadınların o günə düşməsinin günahkarı 80 faiz kişi ifaçılarıdır. Dediyim sözlərin də sonuna qədər arxasındayam”, - deyə o qeyd edib.Ölkə.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024