Göyçay Dövlət idarəetmə və Texnologiya Kollecində "açıq bazar" siyasəti: Hər şey alınır və hərşey satılır FOTO/VIDEO
Tarix: 02-03-2020 | Saat: 11:55
Bölmə:Manşet / Təhsil | çapa göndər
Poçtumuza Göyçay Dövlət idarəetmə və Texnologiya Kollecindən şkayətlər daxil olur. Şikayətçi tələbə ürək ağrısı ilə yazır:
Bir neçə müddət önce sizin portalda Göyçay Dövlət idarəetmə və Texnologiya Kolleci barəsində gedən yazını oxudum.
İsfəndiyar müəllim tərəfindən göndərilən bu yazını oxuduqca çox məyus oldum.Açığı təhsil aldığım kollec haqqında həmişə xoş sözlər eşitmək istəyərdim, amma təəsüfki həqiqəti əks etdirən bu faktlar reallıqdır və deyilənlərin cüzi hissəsidir.
Həqiqətən biz ümid edirdik ki bu direktorun təhsilə və tələbələrə böyük köməyi dəyəcək.Təssüf ki qısa zaman kəsiyində bütün ümidlərimiz puç oldu.Axı hamı rüşvət verməklə qiymət almaq istəmir.Əziyyət çəkib oxuyan tələbə ilə oxumayıb qiymət alan tələbənin arasında heç bir fərq qoyulmur.Hətta oxuyana aşagı qiymət yazıldığı halda oxumayan daha yüksək qiymət alır.Hətta aylıqda olan tələbəyə yazılan yekun qiymət mütəmadi surətdə dərsə gələn tələbənin qiymətindən cox yüksəkdir.Burda hər şey mümkündür, teref.az-a yazan tələbə əlavə edərək yazır, dərsə gəlmə və qayıbları sildir, yetərki pulun olsun.Yay smestrində kəsilən tələbələrdən alınan pul o qədər çox olmasada böyük əksəriyyət yenə pulun hesabına qiymət almışdır.Yeni bir üsulda tapıblar, şans imtahan altında rüşvət yığırlar. Saxta çek tərtib ediblər və üçüncü mərtəbədə 321 otaqda guya imtahan kreditin Vəfa adlı müəllimə necə gəldi ürəyi istəyən kimi hesablayıb sonrada aparıb əyani şöbə müdürünə verirsən.Maraqlıdı belə bir şey varsa bu pul banga ödənilib çeki kollecə təqdim edilməlidir, yoxsa otaqlarda seyflərə daxıllara yığılmaz. Qış smestri ərzində isə bütün qiymətlər fantastik sürətdə qalxdı.
Deyilənə görə bu qiymətlərin qalxmasında direktor müavini Şahin müəllimin əyani şöbənin müdürü Kamilə müəllimənin “xüsusi xidmətləri”olub.Bir tələbəyə keçmədiyi fənnlərə görə təxminən 400-450m hətta bundan yüksəkdə olan qiymətlər deyilirdi.Artıq İsfəndiyar müəllim demiş bazar elə qızışmışdır ki heç nə gözə görünmürdü.Kim necə gəldi başladı bazarlığa .Sözün əsl mənasında əyani şöbənin otaqının qabağında növbə düzülürdü.Görünür bunun öhdəsindən tək gəlməyin mümkün olmadığını görəndə daha bir neçə müəlliməni işə qoşurdular.Məsul ola biləcək bütün şəxslərin otaqının qarşısı tələbələrlə dolub boşalırdı .Direktorun köməkçisi, şöbə müdürləri, direktor müavinləri hamısı iş başındaydılar.Açığı baş verənlərə hər kəs narazı olsada normal etiraz olmurdu.Hamı çox pul oxunmağından narazılıq edirdi.Bu baş verənlər zamanı bəzi tələbələrin fakt üçün şəkillər çəkdiyini səs yazısı olduğunu hətta pul verərkən görüntü götürdüyündən xəbərimiz var.Görünür bu fürsətin birində İsfəndiyar müəllimin nəvəsi qaçırmayıb.Məndə bu gedişatdan narazı bir tələbə kimi öz fikirlərimi bölüşməyi və bir neçə faktıda sizə göndərməyi özümə borc bildim.Nə qədər ki kollecimiz rəhbər mövqe tutan direktor İrşad Abbasov başda olmaqla onun pul yığanlarından azad olmayıb, burda təhsildən danışmaq yersizdir.Hər halda bu qədər narazılığı Təhsil nazirliyi görüb ölçü götürməlidir.Əməllərində cinayət faktı olan bu şəxslərin bir kollecə rəhbərlik etməsi əsl faciədir.Cənab Prezidentin durmadan apardığı islahatlar, rüşvətxorluğa qarşı apardığı ardıcıl mübarizəyə kölgə salan belə insanlar dərhal vəzifələrindən azad olunmalıdır.Belə insanlar cənab Prezidentin əməyin yerə vura bilməz. Sonda məndə sizə bu kollecdə olan bəzi faktları yollayıram.Birdə bu məqaləni oxuyan tələbələrimizdən xaiş edirəm kollecimizin rifahı naminə əllərində olan faktları sizə göndərsin.
Hörmətlə Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbəsi: Emin.
aia.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dinləyib işıqlandırmağa hazırıq!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024