Kürdəmirin Axtaçı kəndində səyyar qəbul keçirilib - FOTOLAR
Tarix: 19-02-2020 | Saat: 15:48
Bölmə:Ölkə | çapa göndər
Fevralın 19-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Axtaçı kənd inzibati ərazi dairəsinin Axtaçı-Qarabucaq və Axtaçı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2020-ci il 12 fevral tarixdə rayonumuza səfər etmiş, rayonda aparılan abadlıq və quruculuq işləri ilə şəxsən yaxından tanış olmuşdur. Bu səfər zamanı Cənab Prezidentimiz Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzmüş, daha sonra Kürdəmir rayonunda inşa edilmiş “ASAN xidmət” mərkəzinin, “Xalça istehsalı emalatxanası”nın, “QLOBAL AQRO” MMC-nin aqroparkının və Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun açılışlarını həyata keçirmişdir.Rayonumuza töhfə olaraq Cənab Prezidentimizin Sərancamları ilə şəhər 8 saylı Körpələr evi-uşaq bağçasının tikintisinə və 8 ədəd şəhər və şəhərətrafı avtomobil yollarının əsaslı təmirinə 3,0 milyon manat, 960 şagird yerlik şəhər 5 saylı tam orta məktəbin tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayırmışdır.
Kənd sakinləri istismar müddətini başa vurmuş elektrik dirək və naqillərinin yenisi ilə əvəz olunması, yol, pay torpaqlarına suvarma su ilə təmin edən kanalın yenidən qurulması, sosial müdafiə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Ceyhun Cəfərov görüşdə səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər