Mobil versiya
DANX: Naftalanda yeni fəaliyyətə başlayan avtovağzal stansiyası tam qanunsuzdur
Tarix: 18-02-2020 | Saat: 14:39
Bölmə:Ölkə | çapa göndər

DANX:




Naftalanda fəaliyyətə başlayan avtovağzal stansiyası tam qanunsuzdur və heç bir tələblərə cavab vermir.

Bunu Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Naftalanda hotel tikərək birinci mərtəbəsində avtovağzal açan sahibkara DANX tərəfindən xəbərdarlıq olunub:

"Avtovağzallar və avtostansiyalar haqqında əsasnamə mövcuddur və həmin əsasnamədə kriteriyalar var. Pasportun əldə olunması üçün isə sahbikarlar bu kriteriyalara əməl etməlidirlər. Onlar nədən ibarətdir: 75 və daha çox oturacağı olan gözləmə zalı, ana və uşaq otağı, sərnişinlərin avtobusa minib-düşməsi üçün perronlar, şəhərlərarası işləyən avtobuslar üçün geniş meydança, taksi xidməti göstərən şəxslər üçün avtovağzal ətrafı ərazinin mövcudluğu, inzibati bina, tibb məntəqəsi, sürücülərin istirahət otağı və nəhayət, polis məntəqəsi. Bunlar hamısı vacib şərtlərdir".

N.Allahyarova qeyd edib ki, sahibkar bu kriteriyaların heç birinə əməl etməyib:

"Sahibkar hoteli tikib və birinci mərtəbəsini avtovağzal kimi elan etdikdən sonra, əməkdaşlarımız əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, pasportun alınması üçün sahibkar heç bir iş görməyib və həmin obyektdə avtovağzal üçün lazım olan meyarların heç biri yoxdur. Bu səbəbdən Naftalanda həmin obyektin avtovağzal kimi fəaliyyət göstərilməsinə icazə verilməyib".

DANX-ın sözçüsü sonda sərnişinlərə də müraicət edərək bildirib ki, belə obyektlərə daxil olan nəqliyyat vasitələri qanuni daşımalar üzrə avtobuslar olmur. İstənilən avtobus əraziyə daxil olması üçün icazəni məhz sahibkardan aldığına görə, qiymətlərdə də hər hansısa dəyişiklik ola bilər.

Xatırladaq ki, DANX-dan ötən həftə Trend-ə verilən məlumata görə, ölkədəki 56 avtovağzal və avtostansiya kompleksindən 40-ı pasportla təmin olunub. Digər obyektlərin də pasport alması ilə bağlı danışıqlar aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024