Rüstəm Usubov Goranboyda vətəndaşları qəbul edəcək  
Tarix: 18-02-2020 | Saat: 10:31
Bölmə:Ölkə | çapa göndər
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il fevralın 21-də saat 10:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında Goranboy və Xocalı rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat Xidmətindən aia.az -a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Goranboy rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   