ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir
Tarix: 17-02-2020 | Saat: 12:09
Bölmə:Ölkə | çapa göndər
Bu gün Azərbaycan ictimaiyyəti tərəfindən ov məsələsi birmənalı qarşılanmır. Böyük bir toplum bunu tamamilə qeyri-düzgün, təbiətə ziyanlı, anti-humanist fəaliyyət sayır və ovun qadağan olunmasını düzgün hesab edir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, digər tərəf isə ovu keçmişdən qalma adət-ənənəmizin, istirahətin bir istiqaməti sayaraq onun qadağan edilməməsini istəyir.
H.Əlizadə hesab edir ki, bu baxımdan, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forumun keçirilməsinin böyük əhəmiyyəti var: “Düşünürəm ki, belə bir mövzuda geniş forumların, fikir mübadiləsinin təşkili, bir-birinə zidd fikirləri dinləmək və nəticə etibarı ilə uyğun bir fikrə gəlmək çox vacibdir və forumun keçirilməsi aktualdır. Bilirsiniz ki, bizim bu sahədə rolumuz çoxfunksiyalıdır. Nazirlik bir tərəfdən vəhşi təbiətin mühafizəsini, növlərin artırılmasını dəstəkləyir, bu sahədə davamlı tədbirlər həyata keçirir. Digər tərəfdən, ovçuluq fəaliyyətinin tənzimlənməsini həyata keçirir. Yəni həm qoruyuruq, həm də ova icazə veririk. Ona görə biz də bu məsələdə qızıl bir ortanın tapılmasının marağındayıq. Forumda beynəlxalq səviyyəli tanınmış mütəxəssislərin iştirakı gözlənilir. Onların fikirlərinin dinlənilməsi və o fikirlər nəticəsində hansısa bir rəyə gəlinməsi çox vacibdir. Biz çox böyük bir həvəslə bu tədbirdə iştirak edib öz fikirlərimizi səsləndirəcəyik”.
Nazirlik rəsmisi ölkədə nə vaxt ova icazə verilib-verilməməsinə də aydınlıq gətirib: “Azərbaycanda ov mövsümü heyvanların bioloji xüsusiyyətlərindən asılı olaraq tənzimlənir. Hazırda mövcud ov mövsümünün sonuna yaxınlaşırıq. 2019-2020-ci ilin ov mövsümü açıq elan edilib. 2019-cu ilin may ayının sonunda ilk növbədə məməli heyvanların, payız aylarından isə quşların ovuna icazə verilib. Fevralın sonu və martın ilk həftəsində, növbəti ov mövsümünə qədər ova qadağa qoyulacaq. Mayın sonu, iyun ayının əvvəlində yenidən ova başlanılacaq. Bir çox növlər var ki, onların ovlanmasına icazə yoxdur. Eyni zamanda, normadan çox ovlayanlar və qadağan olunan vaxtda və yerdə ova çıxanlar da brokonyerlərdir. Bunlarla bağlı ciddi cəza tədbirlərinin görülməsi, hətta həbs cəzası da nəzərdə tutulur”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər