Əli Əhmədov: Bir neçə nəfərin qanunsuz aksiya keçirmək cəhdi beynəlxalq təşkilatların seçki ilə bağlı rəyini dəyişə bilməz
Tarix: 14-02-2020 | Saat: 11:25
Bölmə:Siyasət | çapa göndər
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri radikal müxalifəti ciddi şəkildə sarsıtdı.
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Trend-ə deyib.
Ə.Əhmədov bildirib ki, radikal müxalifət partiyaları seçkilərdə iştirak etməkdən imtina etdilər və guya öz aləmlərində bunu boykot kimi xarakterizə etməyə çalışdılar:
“Amma əsl həqiqət bundan ibarətdir ki, Azərbaycan cəmiyyətində hər hansı bir dəstəyinin olmadığını onların özləri də dərk edirlər və təbii ki, ictimai dəstək olmadığı halda seçkilərdə iştirak etmək real nəticə verməyəcək. Belə olan halda radikalçılar Azərbaycanda seçkilərə qara yaxmaqdan başqa bir yol seçə bilmədilər. Əlbətə ki, bu, artıq onların ənənələrinə çevrilib. Çünki bütövlükdə Azərbaycana qara yaxmaq, ölkəmizlə bağlı beynəlxalq təşkilatlarda fərqli bir təsəvvür yaratmaq üçün istənilən bir bəhanə axtarmağa çalışırlar. Onlar, eləcə də seçki kampaniyasına və onun artıq elan olunan nəticələrinə kölgə salmağa çalışırlar.
Radikal müxalifət çox az sayda adamları küçəyə çıxarmaqla, onları müxtəlif yollarla təhrik etməklə və yaxud hansısa formada həvəsləndirməklə seçkinin nəticələrinə guya ki, ciddi etiraz olduğu görüntüsü yaratmağa çalışırlar. Ancaq nə yaxşı ki, beynəlxalq təşkilatların bəzi nümayəndələri hələ də Azərbaycandadır və onlar öz gözləri ilə görürlər ki, Azərbaycanda seçkinin nəticələrinə cəmiyyətdə tamamilə normal, adekvat bir münasibət mövcuddur, ona görə ki, vətəndaşlar istədikləri namizədlərə səs veriblər”.
Ə.Əhmədov vurğulayıb ki, bir neçə nəfərin çox çirkli və şübhəli məqsədlərlə seçkinin nəticələrinə qarşı kampaniya təşkil etməsi, qanunsuz aksiya keçirməyə cəhdləri Azərbaycanda keçirilən seçki ilə əlaqədar beynəlxalq təşkilatların rəyini dəyişdirə bilməz:
“5-10 nəfər təbii ki, 10 milyonluq Azərbaycan vətəndaşlarının iradəsinin ifadəsini öz boyunlarına götürə bilməzlər. Bu seçkilər növbədi dəfə Azərbaycanda radikal müxalifətə çox sarsıdıcı bir zərbə vurdu. Bu zərbənin birinci ifadəsini mən onda görürəm ki, cəmiyyətimiz çox qəti şəkildə bildirmək istəyir ki, Azərbaycanın siyasi həyatında və bütövlükdə Azərbaycan cəmiyyətində radikalizmə yer yoxdur. Vətəndaşlarımız nə siyasətdə, nə də ictimai həyatımızda radikalçıların olmasını istəyirlər və onlara qarşı özlərinin mövqeyini növbəti dəfə bu seçkilərdə ifadə etdilər.
İkinci çox mühüm cəhət ondan ibarətdir ki, radikal mövqedə duran müxalifət və onların həyata keçirmək istədikləri “siyasət” insanlarımız tərəfindən dəstəklənmir və vaxtilə Azərbaycanda hakimiyyətdə olan, ölkəni böhrana salan, çox çətin durumla üz-üzə qoyan, həmin o müxalifətin bu gün Azərbaycan cəmiyyətində insanların dəstəyinə ümid bəsələmələri tamamilə mənasız xülyadan başqa bir şey deyil. Cəmiyyətimiz açıq şəkildə onlara bildirmək istəyir ki, Azərbaycan vətəndaşları Azərbaycan iqtidarından və Prezident İlham Əliyevdən, həyata keçirilən siyasətdən mənundurlar. İnsanlarımız Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra da inkişafına inanırlar və təbiidir ki, bu inam da bu seçkilərdə bir daha özünü göstərdi. Belə olan halda radikal müxalifət partiyalarının çox şübhəli davranışlarla Azərbaycan cəmiyyətini çaşdırmağa çalışması, əlbətə ki, radikal müxalifətçilərə hər hansı bir uğur gətirməyəcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024