Deputatlığa namizəd Ağalar Vəliyev Göranboy rayonunda seçicilərlə növbəti görüşlərini keçirib - FOTOLAR
Tarix: 28-01-2020 | Saat: 17:07
Bölmə:Siyasət | çapa göndər
97 saylı Goranboy –Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Göranboy rayonunun Nərimanlı, Balakürd, Boluslu, Goran, Məşədiqaralar və Eyvazlılar kəndlərində görüşləri keçirilib.
Nərimanlı və Balakürd kənd seçicilərinin iştirakı ilə keçirilən görüşü YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə «Daha güclü Azərbaycan naminə” getdiyini bildirdi. Elçin İsmayılov qeyd etdi ki, Azərbaycanın bu günkü inkişafının təməlində Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti dayanır. O, qeyd etdi ki, hər bir vətəndaş seçki hüququndan istifadə etməlidir “Ona görə də, uğurların davamlı olması üçun seçiciləri Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıram. İnanıram ki, siz seçicilər gələcəyin partiyası olan YAP-ın namizədinə səs verəcəksiniz”.
Təbliğat qrupunun üzvü Nofəl Köçərli çıxış edərək Ağalar Vəliyevin fəaliyyəti barədə ətraflı məlumat verdi və bildirdi ki, 2015-2019-cu il ərzində Milli Məclisin üzvü kimi Ağalar Vəliyev seçicilərin etimadını layiqincə doğruldub.
Görüşdə digər çıxış edənlər seçki qərargahının üzvü Vilayət Yusifov, kənd ağsaqqalı Zakir Məmmədov, Zirəddin Məmmədov, Qarabağ müharibəsi əlili Telman Quliyev, Balakürd kənd ziyalısı Xalis Orucov növbəti dəfə Ağalar Vəliyevə etimad göstərərək 97 saylı Goranboy –Ağdam- Tərtər seçki dairəsindən Milli Məclisə namizəd göstərdikləri üçün Yeni Azərbaycan Partiyasına öz minətdarlıqlarını bildirdilər və 9 fevralda YAP-ın namizədi Ağalar Vəliyevə səs verəcəklərini qeyd etdilər.
Ümumiyyətlə, görüşlərdə deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında çıxışında 5 ilə yaxın müddətdə millət vəkili kimi gördüyü işlər haqqında ətraflı məlumat verdi və qeyd etdi ki, mənə yenidən etimad göstərsəniz real işlər görmək prinsiplərinə əsaslanaraq 97 saylı Goranboy Ağdam Tərtər seçki dairəsinə daxil olan yaşayış məntəqələrinin sosial-iqtisadi problemlərinin həllinə ve seçicilərimin sosial sifarişlərini yerinə yetirilməsinə öz köməkliyimi əsirgəməyəcəyəm.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər