Mobil versiya
Ağalar Vəliyev Goranboyun daha iki kəndində seçicilərlə görüşüb - FOTOLAR
Tarix: 30-01-2020 | Saat: 21:47
Bölmə:Siyasət | çapa göndər

Ağalar Vəliyev Goranboyun daha iki kəndində seçicilərlə görüşüb


97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Ağalar Vəliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

aia.az xəbər verir ki, deputatlığa namizədin seçicilərlə növbəti görüşləri Goranboy rayonunun Yeniyol və Xan Qərvənd kəndlərində keçirilib.

Görüşlərdə yerli seçki qərargahının üzvləri - YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov və təbliğat qrupunun üzvü Nofəl Köçərli çıxış edərək Ağalar Vəliyevin fəaliyyəti barədə ətraflı məlumat verərək bildiriblər ki, 2015-2019-cu il ərzində Milli Məclisin üzvü kimi Ağalar Vəliyev seçicilərin etimadını layiqincə doğruldub.

Deputatlığa namizəd seçicilər qarşısında çıxışında beş ilə yaxın müddətdə millət vəkili kimi gördüyü işlər haqqında ətraflı məlumat verib.

Ağalar Vəliyev qeyd edib ki, seçicilər ona yenidən etimad göstərsələr, real işlər görmək prinsiplərinə əsaslanaraq 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinə daxil olan yaşayış məntəqələrinin sosial-iqtisadi problemlərinin həllinə və seçicilərinin sosial sifarişlərinin yerinə yetirilməsinə öz köməkliyini əsirgəməyəcək.

Görüşlərdə çıxış edən kənd sakinləri ötən dörd ildə Ağalar Vəliyevin deputat kimi seçicilərə diqqətindən danışaraq, onu yenidən millət vəkili görmək istədiklərini bildiriblər.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024