Mobil versiya
İqbal Məmmədov Conu KİƏD-nə daxil olan kənd sakinləri ilə görüşüb - FOTOLAR + VİDEO
Tarix: 05-02-2020 | Saat: 18:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

İqbal Məmmədov Conu KİƏD-nə daxil olan kənd sakinləri ilə görüşüb


78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının yeganə namizədi İqbal Məmmədovun seçicilərlə kənd-bə-kənd görüşləri uğurla davam edir.

Deputatlığa namizəd İqbal Məmmədov növbəti uğurlu görüşünü Lerik rayonunun Conu kənd İƏD-nə daxil olan kəndlərin sakinləri ilə keçirib. Görüş əsanasında qaldırılmış problemlərdən biri də bu inzibati ərazi vahidi daxilində olan kəndlərin yollarının keçilməz halda olması olub. Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə keçilməz qayalıqlar partladılaraq illər boyu bu ərazi kəndlərinin yol problemləri də həllini tapıb. Sonradan bu yol Dövlət Proqramına daxil edilərək, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən əsaslı tikintisinə başlanılmış və ölkə Başçısı tərəfindən 2018-ci ilin oktyabr ayında 27 km-lik Piran-Hamarat-Vijaker yolunun açılışı həyata keçirilib.

Kənd sakinləri Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəklədiklərini və bu Partiyanın namizədi İqbal Məmmədova səs verəcəklərini bildiriblər. İqbal Məmmədov havanın sərt keçməsinə baxmayaraq onunla görüşə gələn kənd ağsaqqalarına və sakinlərinə minnətdarlığını bildirib.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024