Mobil versiya
Ərdoğanın müşaviri qar altında qaldı - YENİLƏNDİ
Tarix: 05-02-2020 | Saat: 16:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ərdoğanın müşaviri qar altında qaldı -


Türkiyənin Van bölgəsində bu gün baş verən ikinci qar uçqunu nəticəsində 8 nəfər ölüb.



Pravda.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.



Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub.



“İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüblər”, - nazir deyib.



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.



Bununla da iki qar uçqununda ölənlərin sayı 13 nəfər çatıb.



***



14:43



Türkiyənin Van bölgəsində növbəti qar uçqunu baş verib.



Pravda.az-ın xəbərinə görə, bu gün ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib.



Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, ərazidə 300 xilasedici cəlb edilib. Qəfildən qar uçqunu baş verib. Nəticədə onlarla şəxs uçqun altında qalıb. Bələdiyyə sədri indiyədək 25 nəfərin xilas edildiyini, qar uçqunu altında 50-dən çox adamın qaldığını bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024