Mobil versiya
DİN: "Qəzada ölən şəxs iki il əvvəl polis orqanlarından xaric edilib"
Tarix: 05-02-2020 | Saat: 16:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

DİN:


Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının yol qəzasında ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.



Nazirliyin mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən sabiq polis əməkdaşı, Vüsal İsmayılov 2018-ci ildə mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilib.



Qeyd edək ki, məlum hadisə fevralın 4-də saat 2 radələrində Səbail rayonunun Neftçilər prospektində qeydə alınıb. Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi “Suzuki” markalı motosikleti yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.



V.İsmayılov Bakı şəhər Dövlət Yol Polisi İdarəsində çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024