Mobil versiya
Nərminin atası səsyazısından DANIŞDI: “Tək istəyim balamın qatilinin tapılmasıdır”
Tarix: 05-02-2020 | Saat: 14:10
Bölmə:Ölkə | çapa göndər

Nərminin atası səsyazısından DANIŞDI:


Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətlilə bağlı səsyazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O, bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.



Məsələ ilə bağlı Modern.az-a danışan Nərminin atası Şərif Quliyev səsyasından xəbərdar olduğunu deyib:



“Məsələ prokurorluğun nəzarətindədir. Mən bir ata kimi dövlətimdən, hüquq mühafizə orqanlarından, prokurorluqdan məlumat gözləyirəm”.



Ş.Quliyev Altay Ələkbərovu tanıdğını qeyd edib:



“Əlbəttə tanıyıram, kəndlimizdir, cavan adamdır. Amma bu işdə onun günahı varmı-yoxmu, bunu prokurorluq araşdırır. Əlavə heç bir bilgim yoxdur. Amma videoda danışanın bizim kənddən olmadığını bildirirlər. Mən prokurorluq nə deyəcəksə, ona inanacağam. Bu işi bilənlər araşdırır. Tək istəyim balamın qatilinin tapılması və cəzasını almasıdır”.



Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024