Mobil versiya
DİM bu şəhər və rayonlarda sınaq imtahanı keçirəcək
Tarix: 05-02-2020 | Saat: 12:11
Bölmə:Təhsil | çapa göndər

DİM bu şəhər və rayonlarda sınaq imtahanı keçirəcək


Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.



Mərkəzdən aia.az-a verilən məlumata görə, sınaq imtahanına qeydiyyat 10 fevral saat 11:00-dək aparılacaq.



İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.



Qeyd edək ki, abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5208 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2020