Mobil versiya
Mehriban Əliyeva Əlibaba Məmmədovu təbrik edib
Tarix: 05-02-2020 | Saat: 10:15
Bölmə:Manşet / Gündəm | çapa göndər

Mehriban Əliyeva Əlibaba Məmmədovu təbrik edib


"Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm!".


aia.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində yer alıb.



"Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.

Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram",- deyə Mehriban Əliyeva vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024