Güclü külək cənub və şimal rayonlarında fəsadlar törətdi - Elektrik verilişi dayandırıldı
Tarix: 04-02-2020 | Saat: 16:20
Bölmə:Ölkə | çapa göndər
Güclü külək ölkənin cənub bölgəsində bir sıra fəsadlar törədib. Bu barədə Trend-ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, külək bu regionda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub:
“Şimal bölgəsində də güclü külək yaranıb. Belə ki, Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusi ilə Qobu, Güzdək, Şankar ərazilərində güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər