Mobil versiya
“Könüllü qonaq” Qax, İsmayıllı və Xaçmazda - FOTO
Tarix: 04-02-2020 | Saat: 14:31
Bölmə:Ölkə | çapa göndər

“Könüllü qonaq” Qax, İsmayıllı və Xaçmazda -



Gənclərimiz növbəti #konulluqonaq təşəbbüsünə qoşulublar

Region gənclərimiz könülləri fəth etməyə davam edirlər. Sevindirici haldır ki, günbəgün gənclərimizin təşəbbüsə olan istək və həvəsi artır.

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Qax, İsmayıllı və Xaçmaz gəncləri növbəti dəfə qoşulublar.

Qayğıya xüsusi ehtiyacı olan rayon sakinlərinin evlərinə baş çəkərək, təmizlik işləri aparan, həyətdə və bağda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

aia.az











Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024