Mobil versiya
Azərbaycanda siqaretlərin qiymətləri bahalaşdı
Tarix: 01-02-2020 | Saat: 12:54
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda siqaretlərin qiymətləri bahalaşdı


Ötən gündən paytaxtın bir sıra iri market və məhəllələrarası kiçik mağazalarında siqaretlərin qiymətində artım olub.

Oxu.Az xəbər verir ki, bəzi siqaretlər mağazalarda fərqli qiymətlərə təklif edilir.

Məsələn, bəzi mağazalarda “Winchester” daha əvvəl 2.80 AZN-ə, bu gün isə 3.10 AZN-ə satılır. 2 AZN-ə təklif edilən “LD” siqaretləri isə 2,40 AZN-ə qalxıb.

Digər siqaretlərin qiymətlərində təxminən 30-40 qəpik arasında bahalaşma müşahidə edilir.

Mağaza sahiblərinin sözlərinə gprə, gələn həftədən etibarən siqaretlərin qiymətləri kütləvi olaraq bahalaşacaq.

Onu da qeyd edək ki, bəzi mağazalarda siqaretlər köhnə qiymətlərlə satılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024