Mobil versiya
İqbal Məmmədovun təbliğat kampaniyası yüksək ruhla davam edir - FOTO
Tarix: 31-01-2020 | Saat: 19:09
Bölmə:Siyasət | çapa göndər

İqbal Məmmədovun təbliğat kampaniyası yüksək ruhla davam edir - FOTO


Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun təbliğat-təşviqat kampaniyası yüksək ruhla davam edir.



aia.az xəbər verir ki, YAP-ın namizədi bu gün rayonun Tikəband və Veri kənd inzibati ərazi vahidinin seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.



Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:



"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".



Daha sonra deputatlığa namizəd İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:



"Parlament seçkiləri ilə əlaqədar aparılan təbliğat kampaniyamız yüksək ruhla davam etməkdədir. Bu gün Tikəband və Veri ərazilərində yaşayan seçicilərimizlə görüşlərimiz çox səmimi və hiss olunan dərəcədə fəallıq şəraitində keçdi. Əhalinin dövlət başçımız cənab İlham Əliyevə, ümumilikdə Yeni Azərbaycan Partiyasına olan dərin sevgisinin və məhəbbətinin şahidi oldum. Bu səmimi münasibətdən qürur hissi keçirtdim. Bir daha hər bir seçicimə minnətdarlığımı bildirir, ölkəmizin inkişafı və tərəqqisi naminə aparılan bütün işlərdə fəal olmağı arzulayıram".



Çıxış edən seçicilər, kənd ağsaqqalları və ziyalıları birmənalı olaraq cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir, “Daha güclü Azərbaycan naminə!” çağırışı ilə qatıldığımız seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının namizədi, İqbal Məmmədovu dəstəkləyəcəklərini və bundan sonra da bütün işlərdə dövlətimizin və dövlət başçımızın yanında olacaqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5126 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2020
03-06-2020
{sape_links}{sape_article}