Mobil versiya
Erkan Özoral: Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan yardımları edib
Tarix: 30-01-2020 | Saat: 12:49
Bölmə:Gündəm | çapa göndər

Erkan Özoral:


Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral zəlzələ ilə bağlı Azərbaycanın Türkiyəyə yardım göstərməsi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi zəlzələ ilə bağlı Türkiyəyə lazımi yardım göstərib: “Zəlzələnin ilk anından etibarən Azərbaycanın rəsmi dövlət qurumları, həm Xarici İşlər, həm də Fövqəladə Hallar nazirlikləri Türkiyəyə yardım üçün hər zaman hazır olduqlarını bildirdilər".

Səfirin sözlərinə görə, zəlzələ baş verən andan Azərbaycan tərəfi müvafiq addımlar atıb: "Azərbaycan bizim yanımızda oldu. Həm hər iki ölkənin səfirlikləri, həm də müvafiq qurumları vasitəsilə əlaqələr saxlanıldı. Türkiyə tərəfi nə istədisə, Azərbaycan tərəfi onu da verdi. Yəni Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı lazım olan yardımları edib".

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5195 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-10-2020