Mobil versiya
16 yaşlı gəlin xəstəxanaya çatdırılanda sağ olub?
Tarix: 30-01-2020 | Saat: 12:03
Bölmə:Karusel / Ölkə | çapa göndər

16 yaşlı gəlin xəstəxanaya çatdırılanda sağ olub?


Masallıda 16 yaşlı Fatimə Qəmbərova ölümündən sonra xəstəxanaya aparılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, F.Qəmbərova yanvarın 29-da qohumları tərəfindən cansız vəziyyətdə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qohumlarının ilkin iddiasına görə, F.Qəmbərovanın qızdırması olub və ağzından köpük gəlib. Bu səbəbdən qızı dərhal xəstəxanaya gətiriblər.

Masallı Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, F.Qəmbərova xəstəxanaya ölü vəziyyətində gətirilib:

“Qohumlarının səs-küyünə baxmayaraq, biz onun ölmüş olduğunu görüb, adiyyəti qurumlara məlumat verdik”.

Qeyd edək ki, yanvarın 29-da rayonun Xoşçobanlı kəndində F.Qəmbərova boğularaq öldürülüb. O, iki həftə əvvəl Xoşçobanlı kənd sakini 19 yaşlı İman Məmmədova ərə gedib. İ.Məmmədov F.Qəmbərovanı qətlə yetirilməsi ittihamı ilə tutulub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024