İqbal Məmmədovun Lerikdə seçicilərlə izdihamlı görüşü keçirilib - FOTO
Tarix: 24-01-2020 | Saat: 18:15
Bölmə:Siyasət | çapa göndər
Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun təbliğat-təşviqat kampaniyası yüksək fəallıqla davam edir.
aia.az xəbər verir ki, YAP-ın namizədi bu gün rayonun Livədirqə və Cəngəmiran inzibati ərazi vahidinin seçiciləri ilə görüş keçirib.
Tədbiri giriş nitqi ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.
Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:
"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".
Daha sonra deputatlığa namizəd İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:
"Görüşlərdə ölkəmizdə Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi əsasında bütün sahələri əhatə edən genişmiqyaslı, sistemli və kompleks xarakterli islahatların həyata keçirildiyini, respublikamızın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etdiyini, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu bildirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadi inkişafın davamlı xarakter daşımasını, əhalinin rifahının daha da yaxşılaşmasını, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini, nüfuzunun artmasının təmin edildiyini bildirdik."
Səmimi və mehriban mühitdə keçən görüşdə çıxış edən seçicilər ölkə başçısı İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasəti bəyəndiklərini və onun həyata keçirtdiyi siyasi islahatlara daim dəstək olcaqlarını, səsvermə günü Yeni Azərbaycan Partiyasının namizədi İqbal Məmmədova səs verəcəklərini bildirdilər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər