Mobil versiya
Bakıda 500-dən çox müəllimə təlim keçiriləcək
Tarix: 28-01-2020 | Saat: 11:38
Bölmə:Təhsil | çapa göndər

Bakıda 500-dən çox müəllimə təlim keçiriləcək


Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aia.az-a verilən məlumata görə, təlimlər Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır.

İxtisasartırma təlimlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 500-dən çox ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur. Təlimlər hər qrup üzrə 6 gün davam edəcək.

Təlimi uğurla tamamlamış müəllimlərə yekun qiymətləndirmənin nəticələrinə görə sertifikat veriləcək.

Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd inklüziv təhsil sahəsində müəllimlərin əlavə təhsilinin təşkili barədə Təhsil nazirinin əmrinin icrası çərçivəsində müəllimlərin peşəkarlıq səviyyəsini və təlim bacarıqlarını artırmaq, onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdən ibarətdir. İxtisasartırma təlimləri BMT-nin Uşaq Fondu tərəfindən icra edilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsilə hazırlığının təmin edilməsi” layihələrinin tərkib hissəsidir.

Onu da qeyd edək ki, ötən il “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimlərinə qatılmış və yekun qiymətləndirmədən keçmiş 1 832 müəllimə də sertifikat təqdim olunacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5241 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2020
17-09-2020