Mobil versiya
"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir
Tarix: 28-01-2020 | Saat: 11:14
Bölmə:Dünya | çapa göndər

"Greencard" almaq istəyənlərə PİS XƏBƏR -



ABŞ Ali Məhkəməsi ölkədə daimi yaşayış hüququ verən Greencard-ın verilməsi qaydalarını sərtləşdirməyə icazə verib.

Trend-in məlumatına görə, yeni qaydalar ilk növbədə dövlət müavinətlərindən istifadə edənlərə şamil olunacaq.

Məhkəmə iclası zamanı hakimlərdən beş nəfəri qərarın lehinə, dördü isə əleyhinə səs verib.

Yeni qərara əsasən, "Greencard" alınması zamanı güzəştli “Medicaid” sığortasından, ərzaq talonlarından istifadə edənlər çətinliklə qarşılaşa bilərlər. Bundan başqa, ciddi müalicə tələb edən xəstəliyin olması da maneə hesab oluna bilər. Özəl tibbi sığortanın olmaması və ingilis dilini zəif bilmək də mənfi rol oynayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024