Mobil versiya
XXI əsrin EPİDEMİYA BƏLASI: “Quş qripi”, “Donuz qripi”, Ebola, Zika, Koronavirus…
Tarix: 27-01-2020, 15:32 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

XXI əsrin EPİDEMİYA BƏLASI:


2019-ci ilin dekabrında Çində aşkarlanan 2019-nCoV koronavirusu sürətlə dünyada yayılmaqda davam edir. Ölü sayının 80-ə, yoluxanların sayının 2800-ə çatdığı virus sürətlə dünyada yayılır. Belə ki, Çinlə yanaşı, Sinqapur, Vyetnam, Cənubi Koreya, Malaziya, ABŞ da xəstəliyin qeydə alındığı ölkələr sırasındadır.



XXI əsrdə dünyanın fərqli məkanlarında yeni epidemiya ocaqları, virus növləri üzə çıxır. Modern.az dünyanı qorxuya salan epidemiyalar barədə məlumat təqdim edir.



Atipik pnevmoniya

2002-ci ilin noyabrında Çinin Quandun vilayətində atipik pnevmoniya adlı virus süərtlə yayılmağa başladı. Çin, Vyetnam, Yeni Zelandiya, İndoneziya, Tailand və Fillipində yayılan virus 37 ölkədə 8437 nəfərin yoluxmasına, 813 nəfərin ölümünə yol açıb.



Donuz qripi

2009-cu ilin aprelində tapılan yeni ştam virusuna “donuz qrip”i adı verildi. ABŞ və Meksikada başlayan virus 73 ölkədə 2509 min insanı əhatə etmiş, 2500 nəfərin ölümünə yol açmışdı. H1N1 ştamlı virus kütləvi vaksinasiya yolu ilə aradan qaldırıldı.



Zika virusu

2010-cu ildə Cənubi və Mərkəzi Amerikada Zika virusu aşkar olunub. Ağcaqanadın dişləməsi ilə inkişaf edən virusa qarşı dərman yoxdur. Bir neçə gündən öz-özünə gedən xəstəlik yeni doğulmuş körpələrdə patalogiyalar doğurur.



Quş qripi

2013-cü ilin fevralında Cənubi və Şərqi Asiyada H5N1 və H7N9 viruslarının yaratdığı quş qripi yayılmağa başladı. 2003-cü ildən 2013-cü ilə qədər H5N1 virusuna 15 ölkədən 6491 nəfər yoluxub. Onlardan 384-ü dünyasını dəyişmişdi.



Ebola virusu

2014-cü ilin fevralından 2015-ci ilin dekabrına qədər Qərbi Afrikada bu virus geniş yayılıb. Qızdırma yaradan virus Qvineya, Liberiya, Syerra-Leone, Nigeriya, Seneqal, Konqo, ABŞ, Böpük Britaniya, İspaniya. Mail və İtaliyada 27748 nəfərə yoluxmuşdu. Epidemiya 11279 nəfərin ölümünə yol açıb.

aia.az



5110 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-02-2020
21-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}