Mobil versiya
Müharibə Veteranı Prezident-dən Kömək İstəyir
Tarix: 07-07-2015 | Saat: 20:41
Bölmə:Gündəm / Seçilənlər-1 / Manşet / Karusel | çapa göndər

Müharibə Veteranı Prezident-dən Kömək İstəyir
Hörmətli Redaksiya! Aia.az İnformasiya Agentliyi Yazıb nəzərinizə çatdırmaq istəyirəm ki, mən Əfqanıstan müharibə veteranıyam, 54 yaşım var.

Mən 28.12.2007-ci il tarixində H.Əliyev adına Bakı Dərin Özüllər Zavoduna müqavilə ilə qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdim. İşlədiyim müddətdə heç bir nizam – intizam qaydasını pozmamış və heç bir intizam tənbehi almamışam. Ancaq buna baxmayaraq, H.Əliyev adına BDÖZ-un rəhbərliyi məni 13.02.2013-cü il tarixində qanunsuz olaraq ştatın ixtisarı, yəni ƏM-nin 70-ci maddəsinin b bəndi ilə işdən çıxartdılar. Halbuki zavodda heç bir ixtisar aparılmamışdır.

Hadisə belə olmuşdur: H.Əliyev adına BDÖZ-un rəhbərliyi 2012-ci ilin noyabr ayının əvvəllərində işçilərdən BOSS ŞELF MMC – ə keçmək üçün könüllü olaraq tarixi göstərilməyən ərizə yazmağı tələb etdilər. Eyni zamanda zavoddan da işdən çıxmaq üçün tarixi göstərilməyən ərizəni yazmağı tələb etdilər. Şərt belə qoyulmuşdur ki, ya ərizəni yazıb BOSS ŞELF MMC - ə keçməlisiniz, ya da işdən çxarılacaqsınız. Bu iş qanunsuz olduğu üçün mən ərizə yazmaqdan imtina etdim.

Zavodun rəhbərliyi məni ərizə yazmadığım üçün dedikləri kimi 13.02.2013-cü il tarixində işdən çıxartdılar. Mən işdən çıxarıldığım üçün Qaradağ Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə mənim işə bərpa olmağım barədə qətnamə qəbul etdi. Mənim zülmüm bundan sonra başladı. Konstitusiya Məhkəməsinə qədər müraciət etsəm də, məlum səbəblərdən heç bir müsbət nəticə əldə edə bilmədim. Həmçinin AR Baş Prokurorluğuna, Ombudsmana, AR Prezident Administrasiyasına, MTN-ə və s. də müraciət etmişəm. Lakin heç bir müsbət cavab ala bilməmişəm. İndi qalmışam işsiz. Hara müraciət edirəmsə yaşla əlaqədar olaraq işə qəbul etmirlər. Deməli belə çıxır ki, 50 yaşdan yuxarı vətəndaş və onun ailə üzvlərinə yemək-içmək lazım deyil, hava ilə qidalanmalıdır.

Hörmətli Redaksiya! Mən Azərbaycanın müstəqilliyinə qarşı çıxanlara, Azərbaycanın adına ləkə gətirənlərə qarşı və Azərbaycanın qanunlarını hər şeydən üstün tutaraq onun hər hənsı bir maddəsinin pozulmasına qarşı mübarizə aparan bir vətəndaşam. Mübarizə apardığım üçün də ailəmlə birlikdə ac və susuz qalmışıq. Bunun üçün mən Cənab Prezident İlham Əliyevdən və Azərbaycanın birinci xanımı hörmətli M.Əliyevadan xahiş edirəm ki, bu işdə mənə köməklik göstərsinlər və mən bu çətin vəziyyətdən çıxım.

İmza: Şükürov Elşad

Ünvan: Bakı şəh, Nizami r, T.Abbasov küç, 4, mən 43

Tel: 050 513 10 38



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024