“Daha güclü Azərbaycan naminə!” - Aqiyə Naxçıvanlının seçicilərlə görüşləri davam edir
Tarix: 22-01-2020 | Saat: 15:32
Bölmə:Manşet / Siyasət | çapa göndər
Yeni Azərbaycan Partiyasının fevralın 9-da keçiriləcək Parlament seçkiləri ilə bağlı təbligat kompaniyası “Daha güclü Azərbaycan naminə!” şüarı altında davam edir.
Yanvarın 22-də 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizədi Aqiyə Naxçıvanlı rayonun Kərimli kəndində seçicilərlə görüşdü.
Aqiyə Naxçıvanlı seçiciləri salamlayaraq görüşə gəldikləri üçün təşəkkürünü bildirdi. O, çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük uğurlar əldə edib və “Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb”.
Kərimli kənd sakinləri Xaliq Babayev, Vahid Paşayev, Ələddin Nəcməddinov və Sahib Caniyev çıxışlar edərək prezident İlham Əliyevin ölkədə apardığı islahatlardan, onun xalqın prezidenti olmağından razı qaldıqlarını və ölkədə yürütdüyü siyasi kursu dəstəklədiklərini bildirdilər. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın qayğıkeşliyindən, humanistlik prinsiplərini üstün tutmasından razılıq hisslərin ifadə etdilər.
Seçicilər Aqiyə xanımın bundan əvvəlki çağırışlarda da Oğuzun deputatı kimi kəndin problemləri ilə maraqlandığını, ona müraciət edən seçiciləri dinləyərək, həllinə yaxından köməklik göstərdyini qeyd etdilər. Sakinlərə təşəkkür edən Aqiyə Naxçıvanlı onları 9 fevral tarixində keçiriləcək seçkilərdə fəal olmağa səsləyib.
Sonra Qarabaldır kəndinə gedən Aqiyə Naxçıvanlı sakinlərlə görüşdü, onları narahat edən məsələlərlə maraqlandı. O, seçicilərə deputat kimi indiyədək gördüyü işlərin hesabatını verdi və YAP-ın palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırdı.
Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən Qarabaldır kənd sakinləri Ziyafət Əliyeva, Sadiq Paşayev, Şahin Soltanov, Aysel Abdurahmanova və Dinar Çələbiyev Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırdılar. Seçicilər qeyd etdilər ki, A.Naxçıvanlı hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də fevralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlar.
Daha sonra sakinləri narahat edən məsələlər yerindəcə dinlənərək, müvafiq qeydlər aparılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024
19-11-2024