Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 22-01-2020 | Saat: 12:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ən layiqli namizədlərə səs verək





“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 99 SAYLI ŞƏMKİR KƏND SEÇKİ DAİRƏSİ üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

2020-cu ilin 9 fevral tarixində ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq cari ilin yanvar ayının 17-dən VI çağırış Milli Məclisə seçkilərdə qeydiyyata alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Etiraf edək ki, bu seçkidə həm namizədlərin, həm də seçicilərin aktivliyi digər seçkilərlə, uzağa getməyək bir az zaman öncə keçirilmiş bələdiyyə seçkilərindən qat-qat yüksəkdir. Göstəricilərdə bunu deməyə əsas verir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

Milli Məclisə keçiriləcək seçkinin önəmliyini və miqyasını nəzərə alaraq “Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları mütəmadi olaraq ölkəmizin müxtəlif şəhər və rayonlarında sorğular keçirir və seçicilərin namizədlərə qarşı ümumi rəyini öyrənməyə çalışır. Növbəti sorğumuzun ünvanı 99 SAYLI ŞƏMKİR KƏND SEÇKİ DAİRƏSİ olmuşdur.

Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu olduğumuz şəhərin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 5 saat davam edən prosesə 125 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 11 nəfəri hələlik seçimlərində tərəddüd etdiklərini bildirmişlər. Qalan 114 respondentdən 86 nəfəri isə sualımızı konkret cavablandırmışlar: “Seçimim Vəsilə xanımdır”. Beləliklə, sorğuda iştirak edənlərin təxminən 68,8 faizi Milli Məclisə deputatlığa namizəd Vəsilə xanım Abulovaya etimad göstərəcəklərini bildirmişlər.

Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Respondent: “Bizim dairədən 14 nəfər namizədliyini irəli sürüb. Seçimim ona görə Vəsilə xanımdır ki, onun əmək fəaliyyəti ilə tanış oldum. İqtisadçıdır. Yüksək və məsuliyyətli vəzifələrdə çalışıb. Məncə Milli Məclisdə iqtisadçılarımız çox olmalıdı. Bu səbəbdən seçimim Vəsilə xanımdır”.
Respondent: “Bizim yaxın bir qohumumuz Vəsilə xanımı yaxından tanıyır. Onlar bir yerdə işləyiblər. O mənə Vəsilə xanım haqqında o qədər xoş sözlər dedi ki, sözün həqiqi mənasında müsbət rəy formalaşdırdı ki, biz ailəlikcə yekdilliklə ona səs verəcəyik. Qohumum onun haqqında danışaraq bildirdi ki, Vəsilə xanım hər zaman ictimai həyatda özünün peşəkarlığı və qayğıkeşliyi ilə əksəriyyətdən fərqlənən bir şəxs olub. Sağlam davranışı və saf düşüncəsi ilə çoxlarına örnək olub. Vəsilə xanım səmimiyyətilə hər kəsin rəğbət hissini də qazana bilib”.
Respondent-tibb bacısı: “İnanın ki, tam səmimi deyirəm, Vəsilə xanımın şəkilini gördüm çox səmimi insana oxşayır. Onun üzündə nur, sevgi gördüm. Ona səs verəcəm”.
Respondent-müəllimə: “Vəsilə xanımın bioqrafiyası ilə tanış oldum. İşgüzar xanımdır. Həm də gəncdir. Prezidentimiz də gənc kadrlara üstünlük verməyi biz seçicilərə tövsiyyə edir. Düşünürəm ki, prezidentimiz tərəfindən bu zamanında edilmiş bir tövsiyyədir. Çünki bu gün ölkəmizdə çox savadlı, işgüzar, gənclərimiz var. Onlara meydan vermək lazımdır. Seçimim Vəsilə xanımdır”.
Respondent-pensiyaçı: “Nəvəm bakıda oxuyur. Zəng vurub dedi ki, baba Vəsiləyə səs ver. O həm svadlıdı həm də zəhmətkeş. Nəvəm bir şey bilməsə deməz. Şəhərdə oxuyan adamdı. Mən də dedim baş üstə. Hələ nəvəmdən bizə ziyan gəlməyib. İnşallah gəlməzdə”.
Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz növbəti sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.
P.S. Fevralın 9-na təyin edilmiş növbədənkənar Parlament seçkilərində iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyaları ilə paralel, həmin namizədlərdən bəzilərinə qarşı antitəbliğat kampaniyaları da start götürüb. Təbii ki, əksər hallarda opponentləri tərəfindən düzənlənən belə informasiya hücumlarına daha çox favorit sayılan, reytinqi daha yüksək olan namizədlər məruz qoyulurlar. Yəni əslində antitəbliğat kampaniyasının özü də bir təbliğatdır. Bununla belə, yaxşı olardı ki, seçicilərin səsləri uğrunda bu mübarizə də dürüstlük və obyektivlik gözlənilməklə aparılsın. Və seçicilərin də fikirləri nəzərə alınsın. Onları seçimlərindən yayındırmağa cəhd edilməsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024