Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 21-01-2020 | Saat: 11:34
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Ən layiqli namizədlərə səs verək



“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 46 saylı Şirvan şəhər seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 46 saylı Şirvan seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədiləŞirvan şəhərində olmuşlar. Keçən sorğuda olduğu kimi, bu aksiyada da məqsəd olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu şəhərin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 4 saat davam edən prosesə 97 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 9 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 88 respondentdən 64 nəfəri isə sualımızı “mən Rəşad Camalova səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 72,7 faizi Milli Məclisə deputatlığa namizəd Rəşad Yavər oğlu Camalova etimad göstərəcəklərini bildirmişlər.

Xatırladaq ki, Rəşad Camalov Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (BATM) rəisi vəzifəsində çalışır.

Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Şirvan şəhərinin yaşlı sakinlərindən birinin dedikləri:“Mən özüm yaşlı adamam. Amma dövlət başçımızın yürütdüyü kadrların cavanlaşdırma siyasətini ikiəlli dəstəkləyirəm. Düşünürəm ki, bu siyasəti Milli Məclisə də şamil etməyin vaxtı çoxdan çatıb. Əlbəttə, bu gün xalqın mənafeylərinə xidmət edəcək qanunlar qəbul etmək üçün parlamentimizdə həm kifayət qədər savadlı və təcrübəli, həm millətə və dövlətə sadiq, həm də yüksək iş qabiliyyətinə malik, enerjili insanlar əyləşməlidirlər. Elə bilirəm ki, bu keyfiyyətlərin hamısı bizim şəhərdən namizədliyini vermiş Rəşad Camalovda kifayət qədər toplanıb. Buna görə də mən öz səsimi Rəşad Camalova verəcəyəm...”

Daha bir respondentin rəyi:“Deyirlər ot kökü üstə bitər. Mən də bir insanı qiymətləndirəndə ailə amilinə xüsusi diqqət verirəm. Camalovlar ailəsi bütün ölkədə məhşur bir sülalədir. Bu ailənin üzvlərinin dövlətə və dövlətçiliyimizə sədaqəti, ən çətin, ən məsuliyyətli vəzifələrdə hər zaman xalqın mənafeylərinə şərəflə xidmət göstərmələri hər kəsə örnək olmalıdır. Sabiq Müdafiə Sənayesi naziri, rəhmətlik Yavər Camalovun bu Vətən qarşısında xidmətləri isə ümumiyyətlə xüsusi bir söhbətin mövzusudur. Bu gün Rəşad Camalov da mənsub olduğu ailənin xalqa və dövlətə xidmət ənənələrini şərəf və ləyaqətlə davam etdirir. Buna görə də əminəm ki, biz şirvanlıları da Milli Məclisdə ondan daha yaxşı təmsil edəcək ikinci bir namizəd yoxdur...”
Ordu sıralarından yeni tərxis olunmuş gənc seçicinin dedikləri:“Bildiyiniz kimi, Rəşad Camalov hal-hazırda Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifə tutur. Bu isə ölkə rəhbərliyi tərəfindən, dövlətimiz tərəfindən ona göstərilən böyük etimadın bir təzahürüdür. Eyni zamanda da belə bir vəzifədə çalışması Rəşad müəllimin xalqımıza, dövlətimizə və ölkə rəhbərliyinə bəslədiyi sevgisindən və sədaqətindən xəbər verir. Əminəm ki, belə insanlar parlamentimizdə nə qədər çox olarlarsa, qəbul ediləcək qanunlar da həm dövlətimizin, həm də xalqın mənafeyinə daha çox uyğun olar...”

Evdar xanım, üç övlad anası:“Şəxsən mən inanıram ki, Rəşad müəllim Şirvandan deputat seçiləcəyi təqdirdə həm Milli Məclisdə bizləri ləyaqətlə təmsil edəcək, həm də öz seçicilərinin problemlərinin həllinə hər zaman diqqət və qayğı ilə yanaşacaq. Ən azından Rəşad Camalovun ailə mənsubiyyəti bunu deməyə əsas verir.Elə bilirəm, şəhərimizin sakinlərinin əksəriyyəti də mənim kimi düşünür...”

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz ikinci sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.

P.S. Fevralın 9-na təyin edilmiş növbədənkənar Parlament seçkilərində iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyaları ilə paralel, həmin namizədlərdən bəzilərinə qarşı antitəbliğat kampaniyaları da start götürüb. Təbii ki, əksər hallarda opponentləri tərəfindən düzənlənən belə informasiya hücumlarına daha çox favorit sayılan, reytinqi daha yüksək olan namizədlər məruz qoyulurlar. Yəni əslində antitəbliğat kampaniyasının özü də bir göstəricidir. Bununla belə, yaxşı olardı ki, seçicilərin səsləri uğrunda bu mübarizə də dürüstlük və obyektivlik gözlənilməklə aparılsın.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə