Mobil versiya
Zorla Bakıya gətirildiyi iddia olunan qız sığınacağa yerləşdirildi
Tarix: 17-01-2020 | Saat: 09:23
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Zorla Bakıya gətirildiyi iddia olunan qız sığınacağa yerləşdirildi


"Rusiyadan anası tərəfindən zorla Bakıya gətirdiyi iddia olunan 18 yaşlı Sevgiya Sübhani İsmayılova Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib".



aia.az-ın xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, gənc qız paytaxtda yerləşən sığınacaqlardan birinə yerləşdirilib.



"Hazırda Sevgiya Sübhani İsmayılova mühafizə altındadır. Sağlamlığı qaydasındadır. Bütün zəruri təbirlər görülüb, hüquqi yardım göstərilib", deyə E.Hacıyev bildirib.



Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın lezbiyanlığını etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantları əlindən alıb.



Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.Report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024