Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri İmişlidə vətəndaşlarla görüşüb
Tarix: 15-01-2020 | Saat: 21:58
Bölmə:Manşet / Ölkə | çapa göndər
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə yanvarın 15-də İmişlidə vətəndaşlarla görüşüb.
AIA.Az xəbər verir ki, əvvəlcə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.
İmişli Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda İmişli və Biləsuvar rayonlarından olan vətəndaşların müraciət və şikayətinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, nov kanallarının qurulması, sıradan çıxmış drenlərin bərpası, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.
Sədr Əhməd Əhmədzadə hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Cəmiyyətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıq edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 15-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Yevlaxda, Rafiq Aslanov isə Zərdab rayonunda vətəndaşları fərdi qaydada qəbul ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024
19-11-2024