Mobil versiya
SDU-da valideynlər növbəti dəfə imtahan prosesini izlədilər - FOTOLAR
Tarix: 14-01-2020 | Saat: 15:05
Bölmə:Təhsil | çapa göndər

SDU-da valideynlər növbəti dəfə imtahan prosesini izlədilər


Yanvarın 14-də Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrin valideynlərinin bir qrupu və Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov, fakültə dekanları,Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının üzvləri payız imtahan sessiyasının gedişini müşahidə etdilər. Valideynlər tədris binalarında oldu, övladlarının və digər tələbələrin imtahan prosesini yaxından izlədilər.

Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov valideynləri universitetdə görməkdən məmnun olduğunu dedi, Sumqayıt Dövlət Universitetinin keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən, ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əməkdaşlıqdan bəhs etdi. Bildirdi ki, universitetimiz Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvüdür. Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet, bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayır.

Prorektor imtahan prosesi barədə ətraflı məlumat verdi və onları universitetlə tanış etdi. Universitetin qapılarının hər kəsə açıq olduğunu qeyd edən prorektor valideynlərin təkcə imtahan sessiyası zamanı deyil, istənilən vaxt dərslərdə iştirak edə biləcəklərini söylədi. Bildirdi ki, imtahan başlayandan mütamadi olaraq universitetdə rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə imtahan prosesi izlənilir. Məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir.

Sonra valideynlər universitetdə yaradılmış şəraitlə, müasir avadanlıqla təchiz edilmiş laboratoriya və ayrı-ayrı fakültələr üzrə keçirilən imtahan otaqlarında, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsində oldular.

aia.az






Kimya və biologiya fakültəsinin II kurs tələbələri İlkin İbrahimovun valideyni Mübariz İbrahimov, Əfqan Xəlillinin valideyni Səlimə Xəlilli, I kurs tələbəsi Nərmin Qarazadənin valideyni Qalib Qarazadə, Riyaziyyat fakültətəsinin I kurs tələbələri Fidan və Ləman Əhədovaların valideyni Faiq Əhədov, Filologiya fakültəsinin II kurs tələbəsi Rəhilə Əhədovanın valideyni Rafael Əhədov , Mühəndislik fakültəsinin I kurs tələbəsi Məcid Əlizadənin valideyni Səbinə Əliyeva, həmin fakültələrin tələbələri Vüsal və Emin Hacıyevlərin valideyni Elçin Hacıyev, Fizika və elektroenergetika fakültəsinin I kurs tələbəsi Ülviyyə Cəfərovanın valideyni Zülfiyyə İsmayılova , Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Arzu Mehdiyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Emil Məmmədovun xalası Aynur Məmmədova və digər valideynlər çıxış edərək imtahan prosesində şəffaflığın tam təmin olunduğunu vurğuladılar, imtahan prosesində obyektivlik və şəffaflığın təmin olunmasında rəhbərliyin gördüyü tədbirləri yüksək qiymətləndirdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024