Mobil versiya
Qax Peşə Liseyi – sabahın peşəkarlarına nəzəri və təcrübi biliklər yüksək səviyyədə tədris olunur
Tarix: 14-01-2020 | Saat: 15:00
Bölmə:Manşet / Təhsil | çapa göndər

Qax Peşə Liseyi – sabahın peşəkarlarına nəzəri və təcrübi biliklər yüksək səviyyədə tədris olunur



Liseyin direktoru Kamal Muxtarlı qarşıda qoyulan məqsədlərə nail olmaq üçün bu təhsil müəssisəsinin bütün potensialını səfərbər edə bilib

Bu gün təhsil islahatlarının uğurla həyata keçirildiyi müəssisələrdən biri də Qax Peşə Liseyidir. Qeyd etmək lazımdır ki, 1995-ci ildən Kamal Muxtarlının direktoru olduğu bu təhsil müəssisəsi yerləşdiyi regionda peşə təhsili müəssisələri arasında lider müəssisələrdən biri hesab olunur. Qax Peşə Liseyi — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisəsidir. Lisey 1967-ci il 1 oktyabr tarixində 11 №-li Qax kənd texniki peşə məktəbi adı altında fəaliyyətə başlayıb. 1975-ci il 01 sentyabr tarixindən 111 №-li kənd texniki peşə məktəbi kimi fəaliyyət göstərmiş, sonradan isə 111 №-li orta texniki peşə məktəbi statusunu almışdır. 1996-ci il 23 avqust tarixindən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 № -li qərarı ilə müəssisəyə lisey statusu verilmişdir.



Biz dəfələrlə öz yazılarımızda belə bir faktı qeyd etmişik ki, müasir iqtisadiyyatın praktiki və tətbiqi istifadəsi baxımından kollec və orta ixtisas peşə məktəblərinin xüsusi rolu vardır. Qax Peşə Liseyində isə, bu gün Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, avtomobil sürücüsü (BC); Kompyuter üzrə operator, dizayner; Geyim üzrə dizayner; Əməliyyatçı- mühasib; Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası); Yerli bələdçi; Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü; Telekommunikasiyada komputer texnikasının istismarı operatoru; Avtomobillərin təmiri üzrə çilingər, avtomobil sürücüsü; İnşaat çilingəri; Satıcı-nəzarətçi kassir (ərzaq və qeyri-ərzaq malları üzrə); Xarrat-dülgər və parket ustası; Modelçi-dərzi ixtisasları üzrə kadrlar hazırlanır. Bu peşələr üzrə 376 şagirdə 19 istehsalat təlimi ustası, 38 nəfər müəllim dərs keçir. Bu ixtisaslardan hər birinin həqiqətən də ictimai həyatımızın ən müxtəlif sahələrində necə vacib bir əhəmiyyət kəsb etdiyi də yəqin ki, heç kəsdə şübhə doğurmur. Deməli, əsas məsələ gənclərimizin bu ixtisaslara hansı səviyyədə yiyələnə bilmələrindədir. Bax elə bu məqamda da eyni ixtisasları tədris edən müxtəlif təhsil müəssisələri arasındakı fərq məsələsi gündəmə gəlir. Tam səmimi olaraq deyə bilərik ki, Qax Peşə Liseyində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Belə ki, məktəb 4 mərtəbəli tədris korpusuna malikdir. Ümumən liseydə 16 fənn kabineti, müasir avadanlıqla təchiz olunmuş 3 tədris emalataxanası (Dərzi, İnşaatçı-çilingər, Təmirçi-çilingər qaynaqçı) və 2 laboratoriya (Traktor avtomobillər, Kimya), 2 kompüter otağı var. Bundan başqa liseydə zəngin kitabxana da şagirdlərin istifadəsinə verilib. Ümumi kitab fondu 2078 nüsxədir. Bundan 560 ədədi bədii, 696-sı texniki, 892-si isə dərslik kitablarıdır. Bundan başqa liseydə idman meydançası və idman otağı da şagirdlərin ixtiyarındadır.



Qeyd etmək lazımdır ki, Qax Peşə Liseyində şagirdlərə nəzəri biliklərlə yanaşı təcrübi vərdişlərin aşılanması işinə də xüsusi diqqət verilir. Bu məqsədlə mütəmadi olaraq liseyin şagirdləri müxtəlif istehsalat müəssisələrində keçirilən təcrübələrə cəlb olunurlar. O cümlədən 14-17 oktyabr tarixlərində Qax rayonunda yerləşən “Aqro Park” MMC-nin ərazisində EDVET layihəsi çərçivəsində “Buğdanın becərilməsiində nümayiş sahələrinin yaradılması” mövzusunda təlim keçirilmişdir. Təlimdə Qax Peşə Liseyi ilə yanaşı digər peşə məktəbləri də iştirak etmişlər. 18-22 noyabr tarixlərində isə Qax Peşə Liseyində EDVET layihəsi çərçivəsində “Payızlıq buğda və qarğıdalının istehsal texnologiyası” sahəsində yerli mütəxəssislərin ixtisasının artırılması üçün keçiriləcək təlimlərə start verilib.

Həmçinin bu gün Qax Peşə Liseyində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də tədbirlər görülür. Belə ki, 11-15 noyabr tarixlərində Bosniya və Herseqovina dövlətində “Dual Peşə Təlimi elementləri tətbiqi və Avropa ölkələrinin təcrübəsinin öyrənilməsi” çərçivəsində təlimlər keçirilmişdir. Həmin təlimlərdə Qax Peşə Liseyinin müəlliməsi Sədaqət Seydəliyeva da iştirak etmişdir.



Birmənalı olaraq qeyd etmək olar ki, bu gün Kamal Muxtarlının rəhbərliyi altında fəaliyyət göstərən Qax Peşə Liseyində tədrisin düzgün planlaşdırılması, şagirdlərə göstərilən qayğı və diqqət, möhkəm nizam-intizam və tədris prosesinin şəffaflığı bu peşə təhsili müəssisəsinin inkişafını daha da sürətləndirib və buranın məzunları qarşısında yeni-yeni perspektivlər açıb.

P.S. Təəssüflər olsun ki, son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində Qax Peşə Liseyinin fəaliyyəti və rəhbərliyi barədə böhtan xarakterli, əsassız iddialar dərc ounur. Kimlərinsə şəxsi ambisiyalarını təmin etmək üçün, müxtəlif intriqalar yaratmaq və qızışdırmaq məqsədilə hazırlanan belə materiallar isə, birmənalı olaraq həm konkret müəssisənin, həm də ümumilikdə təhsilimizin inkişafına qrşı yönəldilmiş cəhd kimi qiymətləndirilməlidir. Bu kimi yazıları dərc edən həmkarlarımıza demək istərdik ki, müəyyən bədxah insanların məqsədləri naminə qətiyyən onların əllərində bir alətə çevrilməsinlər


aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5485 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}