Mobil versiya
“Büdcə gəlirləri nəzərdə tutulduğundan xeyli çox olub” - Samir Şərifov
Tarix: 14-01-2020 | Saat: 14:37
Bölmə:İqtisadiyyat | çapa göndər

“Büdcə gəlirləri nəzərdə tutulduğundan xeyli çox olub” -


"Azərbaycan Respublikasının 2019-cu ildə inamlı inkişafı, ümumi daxili məhsulun artması öz növbəsində dövlət büdcəsinin icrasının göstəricilərində də özünü büruzə verib. Belə ki, 2019-cu ilin dövlət büdcəsinin mədaxil proqnozu 23 milyard 168 milyon manata qarşı 24 milyard 200 milyon manat məbləğində icra olunub. Bu isə o deməkdir ki, 1 milyard 32 milyon manat və ya 4,5 faiz artıq mədaxil təmin edilib".
Azvision.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Nazir bildirib ki, bu məlumatlar operativ xarakter daşısa da, ümumi meyilləri göstərir: “İlk növbədə, onu da qeyd etmək istərdim ki, dövlət büdcəsinin xərclərinin icrası 25 milyard 190 milyon manat proqnoza qarşı 24 milyard 405 milyon manat məbləğində və yaxud 97 faiz səviyyəsində icra edilib. Beləliklə, dövlət büdcəsinin 2019-cu ildə kəsiri cəmi 205 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, 2018-ci ildə təsdiq olunmuş 2 milyard 22 milyon manat büdcə kəsiri proqnozu 2019-cu il üçün büdcə qəbul edildikdə təxminən 10 faiz az olub. Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə azalması, ilk növbədə, onunla bağlıdır ki, fiskal orqanları - həm vergi, həm də gömrük orqanları tərəfindən büdcə daxilolmaları üzrə proqnozlar artıqlaması ilə icra edilib. Digər tərəfdən isə dövlət büdcəsi xərclərinin bəzi maddələri üzrə qənaətlər əldə edilib. Burada, ilk növbədə, Sosial Müdafiə Fondu üzrə transferti qeyd etmək istərdim. Belə ki, 2019-cu ildə biz dövlət büdcəsinə dürüstləşmə apararkən Dövlət Sosial Müdafiə Fonduna transferti artıq 150 milyon manat azaltmışdıq. İlin nəticələrinə görə isə faktiki olaraq əlavə transfertə ehtiyac olmadığına görə təxminən 180 milyon manatadək qənaət əmələ gəlib. Bu da onun hesabına baş verib ki, sosial sığorta haqlarının yığılmasında böyük dönüş yaradılıb".

S.Şərifov qeyd edib ki, icmal büdcənin gəlirləri də faktiki olaraq nəzərdə tutulduğundan xeyli çox daxil olub, ümumi daxilolmalar daha çox olub:

"İcmal büdcənin gəlirləri 29 milyard 235 milyon manat məbləğində proqnozlaşdırılsa da, faktiki icra 33 milyard 818 milyon manat və yaxud 15,7 faiz artıq, yəni, 4 milyard 583 milyon manat çox təşkil edib. İcmal büdcənin xərcləri isə 27 milyard 371 milyon manata qarşı 26 milyard 476 milyon manat məbləğində və yaxud 97 faizə yaxın icra edilib. Nəticədə icmal büdcədə də profisit yaranıb. Profisit 7 milyard 343 milyon manat məbləğində olub. Bu da proqnozlaşdırılan kəsirlə müqayisədə təxminən 4 dəfə çoxdur. Yəni, nəzərdə tutulmuş profisit 1,8 milyard manat məbləğində proqnozlaşdırılırdı, amma bundan təxminən 4 dəfə çox oldu. Bu da nəticə etibarilə, ilk növbədə, Dövlət Neft Fondunun gəlirlərinin artımı hesabına baş verib. Bu artım da, əsasən, iki istiqamətə bölünə bilər. İlk növbədə, neftin büdcədə nəzərdə tutulmuş qiymətinin faktiki qiymətlə müqayisədə az olması, yəni, büdcədə 60 dollarlıq qiymət nəzərdə tutulmuşdusa, Neft Fondunun mədaxil üçün orta illik qiyməti təqribən 64-65 dollar arasında göstərilir. Amma ötən il əhəmiyyətli dərəcədə artım daha çox Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlərində baş verib. Yəni, nəzərdə tutulan 1,4 milyard manat mədaxilə qarşı 3,5 milyard manatdan yuxarı mədaxil, yəni, 2 milyard manat artıq vəsait toplanıb. Eyni zamanda, icmal büdcənin profisitinin digər səbəbi də dövlət büdcəsində kəsirin olmaması ilə əlaqədardır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024