Mobil versiya
Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olundu
Tarix: 09-01-2020 | Saat: 09:34
Bölmə:Karusel / Dünya | çapa göndər

Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olundu


MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsinin Tehranda qəzaya uğraması ilə əlaqədar Ukraynada yanvarın 9-u matəm elan olunub.

Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Beynəlxalq Hava Yollarının sərnişin təyyarəsinin yanvarın 8-də Tehranda qəzaya uğraması ilə əlaqədar olaraq 2020-ci ilin 9 yanvar tarixini matəm günü elan etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Fərman Nazirlər Kabineti üzvləri ilə görüşdən sonra imzalanıb.

Xatırladaq ki, Ukrayna aviaşirkətinin Tehrandan Kiyevə uçan və göyərtəsində 177 nəfər olan “Boeing 737-800” təyyarəsi uçuşdan iki dəqiqə sonra qəzaya uğrayıb. Ukrayna Xarici İşlər Nazirliyi “Boeing”in göyərtəsində olanların hamısının öldüyünü təsdiqləyib. Ölənlərin siyahısı daha sonra açıqlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024