Ana Sayfa > Karusel / Dünya > Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olundu
Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olundu9-01-2020, 09:34. Yazar: sevinc1 |
MAU aviaşirkətinin “Boeing 737-800” təyyarəsinin Tehranda qəzaya uğraması ilə əlaqədar Ukraynada yanvarın 9-u matəm elan olunub. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. “Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Beynəlxalq Hava Yollarının sərnişin təyyarəsinin yanvarın 8-də Tehranda qəzaya uğraması ilə əlaqədar olaraq 2020-ci ilin 9 yanvar tarixini matəm günü elan etmək qərarına gəlib”, - deyə məlumatda bildirilir. Fərman Nazirlər Kabineti üzvləri ilə görüşdən sonra imzalanıb. Xatırladaq ki, Ukrayna aviaşirkətinin Tehrandan Kiyevə uçan və göyərtəsində 177 nəfər olan “Boeing 737-800” təyyarəsi uçuşdan iki dəqiqə sonra qəzaya uğrayıb. Ukrayna Xarici İşlər Nazirliyi “Boeing”in göyərtəsində olanların hamısının öldüyünü təsdiqləyib. Ölənlərin siyahısı daha sonra açıqlanıb. aia.az Geri dön |