Mobil versiya
İranda təyyarə qəzası: Sərnişinlərin hamısı ölüb - Yenilənib
Tarix: 08-01-2020 | Saat: 08:30
Bölmə:Manşet / Dünya | çapa göndər

İranda təyyarə qəzası:

İranda qəzaya uğrayan Ukrayna təyyarəsində olan bütün sərnişinlər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İran aviasiyasının nümayəndəsi Cəfər Zadənin sözlərinə görə, təyyarənin göyərtəsində 167 sərnişin olub. Onların hamısı dünyasını dəyişib. Ümumilikdə təyyarədə 180 nəfərin olduğu deyilir.

***
İranda Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Kiyevə getmək üçün “İmam Xomeyni” beynəlxalq aeroportundan havaya qalxan təyyarə bir müddətdən sonra qəzaya düşüb.

Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir. Hadisə zamanı hava gəmisində 180 sərnişin olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024