Mobil versiya
ADAU – növbəti imtahan sessiyasının başlanması ilə əlaqədar geniş təkibli görüş-tədbir keçirilib - FOTOLAR
Tarix: 07-01-2020 | Saat: 17:55
Bölmə:Manşet / Təhsil | çapa göndər

ADAU – növbəti imtahan sessiyasının başlanması ilə əlaqədar geniş təkibli görüş-tədbir keçirilib



Mövzuya dair dərc etdiyimiz bir çox əvvəlki yazılarımızda da biz artıq qeyd etmişdik ki, bu gün yeni və müasir tədris metodikalarının tətbiqi, köhnəlmiş idarəçilik üsullarından imtina edilərək yeniliklərə üstünlük verilməsi istiqamətində atılan innovativ addımların və həyata keçirilən tədbirlərin effektivliyi baxımından ölkənin ali təhsil müəssisələri sırasında Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) qabaqcıl yerlərdən birini tutur. Birmənalı olaraq demək lazımdır ki, hazırda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərovun təşəbbüsü ilə və birbaşa rəhbərliyi altında həyata keçirilən bu tədbirlərin nəticəsi olaraq universitetdə son bir neçə ildə tədrisin keyfiyyətcə tamamilə yeni, daha yüksək mərhələyə qalxmasına və eyni zamanda da tədris və imtahan proseslərində obyektivliyin və şəffaflığın tam təmin edilməsinə nail olunub.

O cümlədən, 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində növbəti belə bir tədbir yanvar ayının 7-də keçirilib. Görüşdə iştirak edən saytımızın əməkdaşı imtahan prosesində şəffaflığın təminatı məqsədilə universitetdə görülən tədbirləri bilavasitə müşahidə etmək imkanı əldə edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evində keçirilən görüşü giriş sözü ilə açan universitetin rektoru, professor İbrahim Cəfərov aqrar təhsilin inkişafı məqsədilə dövlətin ADAU-ya qayğısı, son illərdə görülmüş işlər, əldə olunan nailiyyətlər barədə danışıb. Cari imtahan sessiyasına hazırlıqla bağlı görülmüş işləri tədbir iştirakçılarının nəzərinə çatdıran rektor tələbələrin biliyinin qiymətləndirilməsində ictimai nəzarətin təmin edilməsinin, bu məqsədlə müvafiq əmrlə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının, tanınmış təhsil ekspertlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, valideynlərin daxil olduğu ictimai nəzarət qrupunun əhəmiyyətini qeyd edib, imtahan prosesinin monitorinqi və qiymətləndirilməsində göstərəcəkləri dəstəyə görə qrupun üzvlərinə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, hər dəfə olduğu kimi, bu sessiya öncəsi də universitetdə appelyasia və imtahanlara nəzarət komissiyaları yaradılıb. Bundan başqa imtahan zalları müşahidə kameraları, kompüterlər və xüsusi elektron avadanlıqlarla təhhiz olunub ki, bu da imtahanların gedişini istər canlı rejimdə, istərsə də təkrarda izləmək imkanı verir. Bu tədbirlərin sayəsində valideynlər, KİV və ictimaiyyət nümayəndləri imtahan prosesini auditoriyalarda izləyə bilərlər.

Daha sonra tədbirdə iştirak edən Millət vəkili Naqif Həmzəyev, Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin Təlim və inkişaf sektorunun baş məsləhətçisi Elnur Atayev, Kənd Təsərrüfatı Nazirliyi Daxili nəzarət şöbəsinin audit sektorunun baş məsləhətçisi İlqar Əhmədov, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov, İctimai Şuranın üzvü, təhsil eksperti Nadir İsrafilov, “Məktəb güşəsi” saytının və jurnalının baş redaktoru Məzahir Məmmədli, “Türküstan.info” saytının baş redaktoru Mübariz Mikayılov və digər mətbuat nümayəndələri və valideynlər çıxış edərək universitetdə gedən proseslər barədə öz fikirlərini bildiriblər.

Görüşdən sonra tədbir iştirakçıları imtahan prosesini izləyib, universitetin maddi-texniki bazası, yeni tədris korpusunun tikintisi, tədris-təcrübə təsərrüfatı və digər obyektlərlə yaxından tanış olublar.

Əlbəttə ki, bütün bu yeniliklər və məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verməkdədir. Məhz bu tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları da ölkənin kənd təsərrüfatı sahəsində ən çox tələb olunan peşəkar mütəxəssislər kimi dəyərləndirilirlər.


aia.az
























Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024