Mobil versiya
Miri Yusifin Baku Crystal Hall” -da solo konserti olacaq
Tarix: 29-12-2019 | Saat: 14:03
Bölmə:Şou-biznes | çapa göndər

Miri Yusifin Baku Crystal Hall” -da  solo konserti olacaq


Azərbaycanın Xalq artisti Miri Yusifin solo karyerasının 10 illiyi münasibətilə gələn ilin baharında, daha dəqiq desək, mayın 24-də “Baku Crystal Hall” -da solo konserti olacaq. Bu tədbirin 2020-ci ilin ən genişmiqyaslı konserti olacağı gözlənilir. Qarşıdakı şou “SS-production” şirkətinin təşkilati dəstəyi ilə keçiriləcək. Şirkət və artistin komandası onun "ruh əkizlərinin" istəyini nəzərə alaraq çox demokratik qiymət siyasəti müəyyən edib. “iticket.az” saytında biletlərin qiyməti 8 azn-dən başlanır, ən bahalı yerlərin qiyməti isə 150 azn-dir.

https://www.instagram.com/p/B6VzUZil_Kk/

Müğənni bu günlərdə özünün “Instagram” səhifəsində qarşıdakı konsertin rəsmi afişasını və anonsunu paylaşıb. Müğənni bu nəşrləri şərh edərək bildirir ki, qarşıdakı şou onun üçün böyük əhəmiyyət kəsb edir. Son 10 il ərzində bu artist müxtəlif məkanlarda 32 solo konserti verib. Onların arasında ikigünlük, üçgünlük şoular da olmasını nəzərə alsaq, daha böyük rəqəm alınır.
Miri Yusif “Instagram” səhifəsində yazır: “24/05/2020 Baku Crystal Hall-da ən böyük arzum, ən vacib planım, ən gözlədiym konsertimdə görüşəcəyik!”

https://www.instagram.com/p/B6iu5nClCbg/

“Baku Crystal Hall”da konsertin nə demək olduğunu yaxşı bilən Azərbaycanın Xalq artisti Aygün Kazımova müğənnini dəstəkləyib. Superulduz “SS-production” şirkətinin “Instagram” səhifəsində Miri Yusifin afişası altında bu sözləri yazıb: “Bizi və sizi möhtəşəm bir konsert gözləyir”.
Yeri gəlmişkən, Aygün Kazımova düz deyir: qarşıdakı şounun 100 faiz möhtəşəm olacağına şübhə yoxdur. Konsertin proqramı Miri Yusifin son 10 ildəki repertuarında yer tutmuş ən yaxşı mahnılardan ibarət olacaq. Tamaşaçıları çox sürprizlər gözləyir – parlaq xüsusi effektlər, gözəl dekorasiyalar, valehedici installyasiyalar, işıq və lazer şousu, sevimli hitlər, canlı ifa və əlbəttə, artistin qeyri-adi energetikası!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024