Mobil versiya
Adı kütləvi davada hallandırılan Pərvin Abıyeva: “Mən Bakıda deyiləm”
Tarix: 28-12-2019 | Saat: 17:39
Bölmə:Karusel / Şou-biznes | çapa göndər

Adı kütləvi davada hallandırılan Pərvin Abıyeva:

Oxu24.com-un yaydığı məlumata görə, ötən gecə Bakıda yerləşən klubların birində kütləvi dava baş verib. Davada məşhur aktrisa Pərvin Abıyeva və işdən çıxarılan polis sevgilisinin də olduğu bildirilib.

Oxu.Az-ın əməkdaşı hadisənin təfərrüatını öyrənmək üçün Pərvin Abıyeva ilə əlaqə saxlayıb.

O, sözügedən məsələyə bu cür reaksiya verib:

“Bütün saytlarda gecə klubunda baş verən davada mənim də olduğum barədə məlumatlar yayılıb. Bu, həqiqəti əks etdirmir. Mənim bu davadan xəbərim belə yoxdur. Heç Bakıda da deyiləm. Araşdırmadan mənim adımı davalarda hallandırmaq heç bir məntiqə sığmır”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024