Mobil versiya
SDU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olundu
Tarix: 27-12-2019 | Saat: 16:07
Bölmə:Təhsil | çapa göndər

SDU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olundu



Yeni təqvim ilinin gəlişinə saylı günlər qaldı. Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il respublikamızın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 27-də təntənəli tədbir keçirildi.

Universitetin rektoru professor Elxan Hüseynov Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə kollektivi təbrik etdi, qarşıdan gələn 2020-ci ilin həm xalqımız, həm də elm və təhsilimiz üçün uğurlu olacağına əminliyini bildirdi. Rektor Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən, respublikanın inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən və ölkəmiz üçün əldə etdiyi uğurlardan danışdı. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının birliyini yaratmaqla, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan etdi. Rektor Prezident cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bu siyasətin uğurla daha da inkişaf etdiyini və bunun sayəsində bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirdi. 2019-cu ilin Azərbaycan tarixində bir sıra mühüm hadisələrlə yadda qaldığını vurğulayan rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən siyasi, iqtisadi və digər sahələrdə uğurların davam etdirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, ölkəmiz Ümummilli Liderin müəyyən etdiyi yolla inkişaf edir, inamla gələcəyə doğru addımlayır, Prezident cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində möhtəşəm uğurlara imza atır.

Tədbir mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdi. Respublikamızın tanınmış sənətçiləri Azərbaycan Respublikasının əməkdar artisti Aygün Zeynalova, gənc ifaçılar Samir Piriyev, Vaqif Şıxəliyev, Vüqar Bəxtiyar, Əsma Əşrəfli, Təranə Nurlu, Roza Kərimli və universitetin “Səma” rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış edərək 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə kollektivi təbrik etdilər.

Sonra universitetin özfəaliyyət qrupunun ifasında “Nağara şou”nümayiş olundu, tələbələrin ifasında “Odlar Yurdu” və “Yaşa, yaşa Azərbaycan!” mahnıları səsləndirildi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024