Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci – qış imtahan sessiyası da şəffaflıq və obyektivlik şəraitində keçəcək
Tarix: 18-12-2019 | Saat: 14:37
Bölmə:Manşet / Təhsil | çapa göndər
Bu məqsədlə kollecin direktoru, Texnika üzrə fəlsəfə doktoru Xaləddin Ələkbəroun rəhbərliyi altında bütün gərəkli tədbirlər həyata keçirilib
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci 1977-ci ildə Pambıqçılıq Texnikumu kimi təsis olunmuşdur. Sonradan müəssisənin adı dəyişdirilərək Kənd Təsərrüfatı Texnikumu adlandırılmışdır. Nəhayət, 2002-ci ildə texnikum Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci adlandırılıb. Hazırda kollecdə məktəbəqədər təlim və tərbiyə; mühasibat uçotu; maliyyə işi; nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); nəqliyyatda daşımaların təşkili; aqrar (fermer) təsərrüfatının təşkili ixtisasları üzrə mütəxəssislər hazırlanır.
Məlumdur ki, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, bazar münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin təhsilə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri var. Təhsilin məhz bu qolu iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsilinin əsas üstünlüklərindən biri də odur ki, bu təhsilin məzmunu əmək bazarının dəyişən şəraitinə və işəgötürənlərin tələblərinə daha tez uyğunlaşır. Təsadüfi deyil ki, hazırda məhz kollec məzunları ölkədə sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilməkdədirlər. Onların mürəkkəb texniki və texnoloji sistemlərin fəaliyyətinin təmin olunması, informasiyaların toplanması və işlənməsi sahəsində rolu xüsusilə böyükdür. Belə mütəxəssislər istehsalatda daha çox texnik, texnoloq, mexanik, elektrik, elektronçu, proqramçı, konstruktor vəzifələrində, maddi-texniki təchizat və məmulatlara texniki nəzarət xidmətlərində, qeyri-istehsal sahələrində uğurla çalışırlar. O cümlədən əsasən aqrar sahədə ən müxtəlif profillər üzrə çalışan mütəxəssislər hazırlayan müəssisələr arasında isə, sözsüz ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci özünün effektiv fəaliyyəti ilə seçilir.
Təhsil islahatlarının yüksək səmərəliliyi təmin edilib
Bu gün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində müşahidə olunan proseslər də, kollec rəhbərliyi tərəfindən dövlətimizin təhsil siyasətinin tamamilə düzgün qiymətləndirildiyini söyləməyə əsas verir. Aydındır ki, kollec sistemində həyata keçirilən təhsil islahatlarının da effektivliyi, elə digər sahələrdə olduğu kimi, əsasən bu müəssisələrə rəhbərlik edən konkret simaların mövqeylərindən, onların bu islahatların reallaşmasında nə dərəcədə maraqlı olmalarından çox asılıdır. Kollecdə tədris olunan ixtisaslardan hər birinin həqiqətən də ictimai həyatımızın ən müxtəlif sahələrində necə vacib bir əhəmiyyət kəsb etdiyi yəqin ki, heç kəsdə şübhə doğurmur. Deməli, əsas məsələ gənclərimizin bu ixtisaslara hansı səviyyədə yiyələnə bilmələrindədir. Bax elə bu məqamda da eyni ixtisasları tədris edən müxtəlif təhsil müəssisələri arasındakı fərq məsələsi gündəmə gəlir. Aydındır ki, yeni sosial-iqtisadi münasibətlər şəraitində məşğulluq və əmək bazarı gənc mütəxəssislərin yetişdirilməsində təhsil müəssisələrinin qarşısına yüksək tələblər qoyur. Məhz bu tələblərə cavab verə bilmək üçün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyi və pedaqoji kollektivi tədris və təlim proseslərini təhsilin müasir metodları ilə həyata keçirir. Bu məqsədlə kollecdə müəllimlərin, istehsalat təlimi ustaları və tələbələrin istifadəsinə bütün lazım olan resurslar verilmişdir. O cümlədən artıq bir neçə ildir ki, kollecdə müasir laboratoriyalar, əyani vəsaitlərlə təchiz olunmuş fənn kabinetləri, zəngin kitabxana, kompüter kabineti və digər ixtisas kabinetləri fəaliyyət göstərir. Tam səmimi olaraq deyə bilərik ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Məhz bunun nəticəsidir ki, hazırda kollecin minlərlə məzunu həm rayonun özündə, həm də ölkənin digər bölgələrində təsərrüfatın müxtəlif sahələrində uğurla çalışırlar.
İmtahanlarda şəffaflıq və obyektivlik əsas göstəricidir
Məlum olduğu kimi, ölkənin ali və orta ixtisas təhsil müəssisələrində qış imtahan sessiyasının başlanmasına sayılı günlər qalıb. Artıq tələbələr də semestr boyunca aldıqları elmi biliklərə hansı səviyyədə yiyələndiklərini nümayiş etdirmək imkanı əldə edəcəklər. Təbii ki, hər bir imtahan sessiyasının gedişində həm tələbələri, həm də ictimaiyyəti ilk növbədə maraqlandıran məqamlardan biri biliklərin qiymətləndirilməsi prosesində obyektivliyə maksimum riayət olunması ilə bağlıdır. Qeyd edək ki, imtahanların gedişində və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə bu gün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində də xüsusi tədbirlər görülmüşdür. Əlbəttə ki, kollecin direktoru, Texnika üzrə fəlsəfə doktoru Xaləddin Ələkbəroun bilavasitə təşəbbüsü ilə və onun rəhbərliyi altında həyata keçirilən bu tədbirlər qış imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçməsini təmin edəcək. Belə ki, bu məqsədlə yaradılmış münaqişə komissiyasında imtahan bitdikdən sonra imtahanların nəticələri barədə olunan şikayətlərə baxılması və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulub. Birmənalı olaraq demək olar ki, bu gün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin düzgün planlaşdırılması, tələbələrə göstərilən qayğı və diqqət, möhkəm nizam-intizam və tədris prosesinin şəffaflığı qış imtahan sessiyasının da uğurla başa çatmasını təmin edəcək.
P.S. Son vaxtlar ölkə mətbuatına aid olan bəzi saytlarda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyinə qarşı əsassız ittihamların yer aldığı materiallar dərc olunur. Həm də çox təəssüflər olsun ki, Xaləddin müəllimin qüsursuz fəaliyyətində irad tutmaq üçün bir boşluq tapa bilməyən bəzi həmkarlarımız artıq onun şəxsi həyatına müdaxilələrə belə yol verməkdən çəkinmirlər. Belə yazılara öz səhifələrində yer ayıran həmkarlarımıza xatırlatmaq istərdik ki, biz hamımız azərbaycanlıyıq və bizim yalnız özümüzə məxsus olan mentalitetimiz, milli-mənəvi dəyərlərimiz var. Bu dəyərlər isə bizə bir-birimizin şad gününə qanıqaralıq deyil, fərəh gətirməyi öyrədir.
Bir insanın övladının toyunda məşhur ifaçıların iştirakı isə bəlkə də onun pulunu çoxluğundan deyil, sadəcə olaraq cəmiyyətdə qazandığı böyük hörmətdən xəbər verir.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024