Mobil versiya
ADU və Niderland Biznes Akademiyası arasında əməkdaşlıq protokolu imzalanıb
Tarix: 18-12-2019 | Saat: 10:57
Bölmə:Təhsil | çapa göndər

ADU və Niderland Biznes Akademiyası arasında əməkdaşlıq protokolu imzalanıb


Dekabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Niderland Biznes Akademiyasının rektoru, professor Jan van Zvieten ilə görüşüb.

Azərbaycan Dillər Universitetindən aia.az-a verilən məlumata görə, Kamal Abdulla Niderland təhsil qurumları ilə əlaqələrinin qurulmasının zəruriliyindən danışıb və Azərbaycan Dillər Universitetinin bu əlaqələr çərçivəsində bir ilkə imza atdığını vurğulayıb. Qeyd olunub ki, universitetlər arasında tədris və elmi əlaqələrin geniş spektrini əhatə edən müqavilədə tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə elmi tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Professor Jan van Zvieten səmimi qəbula görə təşəkkürünü bildirib. Rektor rəhbərlik etdiyi universitetin tələbə-müəllim heyəti, xarici tələbələri və strukturu haqqında məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan qonaq, akademik əməkdaşlıqdan söz açıb. ADU ilə əməkdaşlıq çərçivəsində böyük işlər görmək və birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını diqqətə çatdıran qonaq xarici tələbələr üçün qəbul saylarının artırıldığını diqqətə çatdırıb.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Rusiyaşünaslıq Elmi Tədqiqat Laboratoriyasının (ETL) rəhbəri, professor Məmməd Əliyev, Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli, Beynəlxalq şöbənin müdiri, dosent Fialə Abdullayeva, xəlifə-rektor, universitetin 4-cü kurs tələbəsi Gülmalı Məmmədov əməkdaşlıq müqaviləsinin hər iki tərəf üçün səmərəli olacağını və bundan sonra da əlaqələrin uğurla davam edəcəyini söyləyiblər.

Tədbirdə ADU-nun bu müqavilənin tələbə və müəllimlər üçün əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, ADU-nun beynəlxalq əməkdaşlıq sahəsində uğurla iştirak etməsi təhsilin inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra iki universitet arasında akademik əməkdaşlıq protokolu imzalanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5139 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}