Mobil versiya
Tünzalə Ağayevadan deputat olması xəbərinə reaksiya - AÇIQLAMA
Tarix: 17-12-2019 | Saat: 10:29
Bölmə:Karusel / Şou-biznes | çapa göndər

Tünzalə Ağayevadan deputat olması xəbərinə reaksiya -


Məni deputatlığa namizəd görən insanlara təşəkkürümü bildirirəm. Sual verin ki, mən heç özüm öz adımı bu məsələdə hallandırıram? (gülür) Hazırda bu barədə fikirləşmirəm. Bütün namizədlərə uğurlar arzu edirəm.

Bu sözləri Xalq artisti Tünzalə Ağayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində özünün və hər hansı incəsənət nümayəndəsinin deputat olmasına bu cür münasibət bildirib.

“Dövlətimiz layiqli olanları qazansın. Qazanan dövlət, vətən, millət olsun. Bu səlahiyyəti daşıyan insanlar işlərinə könül və vicdanla yanaşacaqlarsa, bir o qədər irəliləyişlər olacaq. Vətən, dövlət, millət marağı altında çıxış edən bütün insanların həm yanındayam, həm də alqışlayıram”.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızının deputat olması ilə bağlı kampaniyalar belə başladılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024