Bakıda bir ailənin 4 üzvü yağdan zəhərləndi
Tarix: 29-11-2019 | Saat: 09:30
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Bakının Biləcəri qəsəbəsində zəhərlənmə olub.
Səhiyyə Nazirliyindən aia.az -a bildirilib ki, Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində bir ailənin 4 üzvünün zəhərlənməsi barədə Təcili Tibbi Yardıma saat 22:27-də məlumat daxil olub.
Ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yemələrini bildiriblər. Hazırda onların müalicələri davam edir.
"Bu gün səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə, qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar. Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər