Mobil versiya
Zəhərlənən tələbələrdən xəbər var - yekun qərar veriləcək
Tarix: 27-11-2019 | Saat: 12:55
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Zəhərlənən tələbələrdən xəbər var -


Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan Bakı Dövlət Universitetinin (BDU) tələbələri - Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı bu gün evə buraxıla bilər.



Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.



A.Maqsudov qeyd edib ki, bu gün keçiriləcək konsiliumdan sonra onların evə yazılması ilə bağlı yekun qərar veriləcək:



“Ümumi vəziyyətləri normal və stabildir”.



Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universietinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Baş Prokurorluğun məlumatına görə, onlardan biri - fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib.

1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024