Mobil versiya
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb
Tarix: 19-11-2019, 12:57 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb


Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu uğurla başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və tələbələr iştirak ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə çıxışı zamanı bildirib ki, 2 ay davam edən “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti mərhələsi müvəffəqiyyətlə öz işini yekunlaşdırıb. O bildirib ki, əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması olan layihə boyunca təcrübəli ekspertlər təlimlər keçiblər.

Rektor qeyd edib ki, proqramda Bakı Ali Neft Məktəbi ilə yanaşı, mühəndislik ixtisası üzrə təhsil alan bir çox ali məktəblərin də tələbələri iştirak ediblər.

“İngilis dilində həyata keçirilən layihə təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmiş tələbələrə, həm də menecment və biznes sahəsində geniş bilgilər verib. Əsas məqsəd gənc mühəndislərə ümumi biznes biliklərini, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarəedilməsi, biznes səriştəsi və bir sıra digər istiqamətlərdə modullar keçirilərək savadlı, intellektual kadrlar yetişdirməkdir” - deyə rektor əlavə edib.

Tədbirdə çıxış edən “BP-AGT”-nin KİV və Əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində BP şirkəti sosial layihələrə sərmayə yatırıb. “Bu layihələr arasında təhsil proqramları üstünlük təşkil edir. Ali məktəblərlə əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbi ilə bir neçə uğurlu layihələr həyata keçirilib ki, bunlardan biri də “Mühəndislər üçün biznes təhsili” layihəsidir” - deyə T.Bayatlı qeyd edib.

Daha sonra, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə çıxışlarında layihənin tələbələr üçün əhəmiyyətindən danışıblar.

Tələbələrlə iş şöbəsinin Böyük metodisti Ləman Hüseynova bildirib ki, 2 ay müddətində davam edən “Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxil olub. “Proqramda Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan 3-cü və 4-cü kurs tələbələri iştirak ediblər. Təlimlərdə iştirak üçün daxil olan 300-ə yaxın müraciətdən proqramın meyarlarına uyğun olan 250 nəfər seçilib. Layihədə Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız, Bakı Mühəndislik, ADA, Azərbaycan Memarlıq və İnşaat, Bakı Dövlət, Azərbaycan Texniki, eləcə də Xəzər universitetlərinin tələbələri iştirak ediblər”.

Tələbələr belə bir layihədə iştirakdan məmnunluqlarını ifadə edib və təşkilatçılara yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonda təlimləri uğurla başa vurmuş iştirakçılara Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatları təqdim edilib.

aia.az



571 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-12-2019
12-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031