Mobil versiya
Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək
Tarix: 14-11-2019, 16:35 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək



Noyabrın 23-də ADA Universitetində ölkəmizdə ilk dəfə "DOTNET KONF Azərbaycan” baş tutacaq. Konfransın məqsədi yerli IT ekosisteminin nümayəndələrini bir araya toplamaq, proqramçı mütəxəssislər və proqramlaşdırmaya yeni başlayanlar arasında körpü yaratmaq, bu sahənin ən son yeniliklərini və trendlərini araşdırmaq, ölkənin informasiya texnologiyaları bazarının və kadr potensialının inkişafına təkan verməkdir.

Bir qrup yerli proqramlaşdırma mütəxəssisinin təşəbbüsü, "Microsoft Azerbaijan”, "TayqaTech” və "Kibrit.Tech” şirkətlərinin dəstəyi ilə keçiriləcək tədbirdə 7 spikerin çıxışı planlaşdırılıb. Eyni zamanda, 250 nəfərin iştirakı nəzərdə tutulub. Konfransın işçi dili Azərbaycan dilidir.

Tədbirin təşkilat komitəsindən verilən məlumata görə, dünyanın əksər ölkələrində çoxsaylı proqramçı auditoriyasını öz ətrafında birləşdirən .NET Developerlər Konfransının Azərbaycanda da illik olaraq keçirilməsi planlaşdırılır.

Daha ətraflı məlumatı konfransın rəsmi saytından əldə edə bilərsiniz:https://dotnetkonf.az/

aia.az



5151 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-12-2019
05-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031